Ağcabədi rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib
2023-09-07 00:00:00
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivalları davam etdirilir. Növbəti festival Ağcabədi rayonunda keçirilib. Dövlət Bayraq Meydanının ərazisində təşkil olunan festivalda mövsümün 5-ci toxum sərgi-satış yarmarkası keçirilib.
Yarmarkada 30-a yaxın toxum istehsalçısı öz məhsullarını nümayiş etdirib. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu və Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında regionun torpaq-iqlim şəraitinə uyğun rayonlaşmış bitki sortlarının düzgün seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun əhəmiyyəti, əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verilməsinin vacibliyi barədə maarifləndirmə işləri aparılıb.
Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rayonlaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olmuş və gələcək əkinlər üçün öz sifarişlərini vermişlər.
Festival zamanı toxumçuluq fəaliyyəti ilə məşğul olan istehsalçılar ilə yanaşı aqrar sahədə öz xidmət və məhsullarını təklif edən 40-a yaxın yerli və xarici şirkət iştirak edib. İxtisaslaşmış şirkətlər tərəfindən innovativ həllərə əsaslanan və resurslara qənaət edən mütərəqqi suvarma qurğuları, kənd təsərrüfatı texnikaları, torpaqbecərmə alətləri, rayonlaşmış yeni kənd təsərrüfatı bitki sortlarının toxumları, heyvan cinsləri, gübrə və pestisidlər nümayiş olunub.
Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərlə bərabər Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Süni Mayalandırma Mərkəzi, həmçinin elmi-tədqiqat institutlarının mütəxəssisləri xidmətləri barədə fermerlərə məlumat verib.
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən “Buğda və arpa yetişdirilməsinə dair aqrotexniki qulluq qaydaları” mövzusunda təlim keçirilib.
Fermerlər tərəfindən maraqla qarşılanan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları narahat edən məsələlər ilə bağlı məsləhət və tövsiyələr verilib.
Növbəti festival 14 sentyabr tarixində Hacıqabul rayonunda keçiriləcək.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır