Sertifikatlı toxum bol və keyfiyyətli məhsulun əsasıdır
2023-09-11 00:00:00
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir. Bu məqsədlə AXA əməkdaşları tərəfindən toxumun təmizlənməsi, dərmanlanması, qablaşdırılması, etiketlənməsi və səpin keyfiyyətinin müəyyənləşdirilməsi (sertifikatlaşdırma prosesi) ilə əlaqədar bölgələrdə toxumçuluq təsərrüfatlarında və LESM-in laboratoriyarında monitorinqlər keçirilib. Monitorinqlər zamanı toxum saxlanılma anbarlarına baxış keçirilmiş, Dövlət reyestrində qeydiyyata alınmış sortların beynəlxalq standartlara uyğun sertifikatlaşdırılması prosesi ilə tanış olunmuşdur. Həmçinin payızlıq buğda və arpa səpinin optimal müddətdə aparılması üçün toxumların kondisiyaya çatdırılması və vaxtında sertifikatlaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Sertifikatlaşdırma prosesində mövcud problemlərin aradan qaldırılması ilə bağlı əməli tədbirlər həyata keçirilib, müvafiq məsləhət və tövsiyələr verilib. Monirorinqlər davam etdirilir.
Əziz fermerlər,
Yüksək məhsuldarlığa nail olmaq üçün bölgənin torpaq iqlim şəraitinə uyğun sortlardan və sertifikatlı toxumdan istifadə edin!
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır