Heyvanlarda Bezoar xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2023-09-12 00:00:00
Heyvanların mədə-bağırsaq xəstəliyi olub, şirdanda bitki liflərindən, tük və yundan, kazeindən ibarət müxtəlif ölçülü topların yaranması ilə xarakterizə olunur.
İribuynuzlu və xırdabuynuzlu heyvanlarda - əsasən körpələrdə, bir çox hallarda isə yaşlılarda müşahidə edilir.
Etiologiyası:
Əsasən yemləmə texnologiyasından və aşağıda qeyd olunan səbəblərdən baş verir.
Yemləmə vaxtının pozulması;
Körpə heyvanlara südün az verilməsi;
Vitaminlərin, makro və mikroelementlərin çatışmazlığı;
Tövlənin, arxacın antisanitar vəziyyəti;
Stress faktorlar (açıq saxlanma şəraitinə uyğunlaşmış heyvanların uzun müddət bağlı saxlanması və.s.)
Qeyd olunan səbəblərdən heyvanlarda qeyri-adi iştah yaranır. Heyvanlar bir-birinin yununu, tükünü yalayır, didir və yaxud yeyir. Həmçinin taxta ovuntusu, plastik torba və sairə kimi yeyilməyən cisimləri yeyirlər. Bəzən belə cisimlər yemin tərkibində heyvandan ixtiyarsız olaraq mədə önlüklərinə düşə bilir. Mədə-bağrsaq sistemi tərəfindən həzm olunmayan bu cisimlər mədənin hərəkəti nəticəsində top şəklinə düşür. Bu toplar mədənin selik qişasında lltihab yaradır, bəzi hallarda pilorusu və 12 barmaq bağırsaq yolunu bağlayır.
Kliniki əlamətlər:
Qeyri-adi iştah (yun,tük,sidik,taxta ovuntusu və.s. yeyilməsi);
Qarın nahiyəsində ağrılar (heyvanlar öz qarın nahiyəsini təpikləyir);
Periodik olaraq timpaniya baş verir;
Dəri quru olur və elastikliyi azalır, yun və tüklər asanlıqla qopur;
Periodik olaraq diareya baş verir, heyvan getdikcə arıqlayır.
Diaqnostikası:
Kliniki əlamətlərə və anamnez məlumatlarına əsasən diaqnoz qoyulur.
Müalicəsi az effekt verir. İşlədicilərdən istifadə etmək olar.
Vəziyyəti ağır olan heyvana cərrahi müdaxilə - abomazatomiya yolu ilə yardım etmək olar.
Profilaktikası:
Körpə heyvanlar düzgün əmizdirilməli və saxlanmalıdır, antisanitar vəziyyətə yol verilməməlidir;
Açıq şəraitə öyrənmiş heyvanlar uzun müddət qapalı saxlanmamalıdır;
Vitamin-mineral çatışmazlığı aşkar edilərsə, vitamin-mineral qarışıqları yemlə verilməlidir və yaxud inyeksiya formasıda tətbiq edilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır