Hacıqabulda Aqrar İnnovasiya Festivalı keçirilib
2023-09-14 22:02:57
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Hacıqabul rayonunda Aqrar İnnovasiya Festivalı keçirilib. Festival “Agro Dairy” MMC-nin aqroparkında təşkil olunub. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda toxum sərgi-satış yarmarkası təşkil edilib.
Mövsümün 6-cı toxum sərgi-satış yarmarkası Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilib. Festivalda 30-a yaxın dövlət və özəl toxumçuluq subyekti iştirak edib. Yarmarkada sertifikatlı toxumun üstünlükləri barədə fermerlər maarifləndirilib.
Festival zamanı “Toxum istehsalı və emalı” mövzusu üzrə toxum istehsalçılarına və fermerlərə təlim keçirilib, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Festivalda ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış 50-yə yaxın dövlət və özəl bölməni təmsil edən qurum, eləcə də xarici şirkətlər iştirak edib.
Hacıqabul rayonundakı festivalda toxum sərgi-satışı ilə yanaşı, festivalların ənənəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri və aqrar sahəyə məxsus digər məhsullar sərgilənib. Festivalda ilk dəfə olaraq kənd təsərrüfatı sahəsində istifadə olunan dirəksiz anqarlar və yeni texnikalar nümayiş olunub.
Həmçinin, Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və təşəbbüsü ilə keçirilmiş bir sıra startap yarışma və müsabiqələrin iştirakçıları öz prototiplərini, məhsul və həllərini, ixtiralarını nümayiş etdiriblər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır