Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
2023-10-04 00:15:00
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyi ilə birlikdə “Dayanıqlı Ərzaq Təhlükəsizliyində Elm və İnnovasiyaların Rolu” mövzusunda beynəlxalq forum keçirilib.
Forumu açılış nitqi ilə açan ADAU-nin rektoru cənab Zəfər Qurbanov FAO tərəfindən 03-05 oktyabr 2023-cü il tarixlərində Avropa və Mərkəzi Asiya üçün regional Elm və İnnovasiya Həftəsi olaraq qeyd olunduğunu bildirmişdir. Forumun məqsədi Respublikada elm və innovasiyanın aqrar sahəyə inteqrasiyası, mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə etməkdir.
Forumda Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli və mərkəzin digər əməkdaşları iştirak edib.
Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov çıxış edərək elm və innovasiyanın aqrar sahədəki rolu və qarşıya çıxan problemlərdən, ADAU-nun kadr potensialının gücləndirilməsindəki rolundan danışıb. Sonra “Zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri və fumiqasiya” adlı panel iştirakçılarının çıxışları olub. Paneldə Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərəsizləşdirmə) Mərkəzinin rəis müavini Yaqub Səfərli çıxış edərək həyata keçirilən fumiqasiya (zərəsizləşdirmə) tədbirləri, həmçinin bu sahənin əhəmiyyətini forum iştirakçılarının diqqətinə çatdırılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır