Torpaqların aqrokimyəvi və aqrofiziki analizləri sahəsində Türkiyə təcrübəsi öyrənilir
2023-10-16 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşları torpaqların aqrokimyəvi və aqrofiziki analizləri sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Torpaq, Gübrə və Su Ehtiyatları Mərkəzi Araşdırma İnstitutunun torpaqların aqrokimyəvi və aqrofiziki analizlər bölümündə təcrübə keçiblər. Təlimlərdə gübrə və yarpaq analizlərinin aparılması, analiz nəticələrinə uyğun gübrə normasının hesablanması, həmçinin torpaqların mühüm aqrofiziki xüsusiyyətləri olan torpağın su tutumunun təyini, bitkinin soluxma nəmliyi, torpağın su sızdırma qabiliyyətinin təyin olunması, həmcinin nümunələrin qeydiyyatı, laboratoriya idarə edilməsində İKT-dan istifadə imkanları öyrənilib.
Təlim müddətində qeyd olunan mərkəz ilə qarşılıqlı əməkdaşlıq imkanları, birgə tədqiqatların aparılamsı barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq əlaqələri müzakirə olunub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır