Bərdədə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir
2019-11-13 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir.
Bərdə rayonunda epizootik sabitliyi qorumaq məqsədi ilə 2019-cu il üçün təsdiq edilmiş “Epizootiya əleyhinə profilaktika və müalicə-diaqnostika tədbirlər” planına uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilib.
Müvafiq dövr ərzində Aqrar Xidmətlər Agentliyinin Bərdə Rayon Baytarlıq İdarəsinin əməkdaşları xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıb. Belə ki, 104176 baş iribuynuzlu, 141544 baş xırdabuynuzlu, 1325 baş təkdırnaqlı heyvanda qarayara, 192043 baş iribuynuzlu, 137805 baş xırdabuynuzlu heyvanda dabaq, 104024 baş iribuynuzlu heyvanda infeksion nodulyar dermatit, 26164 baş iribuynuzlu heyvanda leptospiroz, 140678 baş xırdabuynuzlu heyvanda çiçək, 10898 baş xırdabuynuzlu heyvanda (Rev-1), 6668 baş iribuynuzlu heyvanda (S-19) bruselyoz, 7950 baş itdə quduzluq, ev quşları arasında nyukasl xəstəliyinə qarşı 1011602 başda “La-sota” vaksini, 648023 başda “H” vaksini ilə profilaktiki peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1676 baş iribuynuzlu heyvandan, 153 ana qoyun, 26 baş keçi və 73 baş qoçdan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də 53 baş qoçda epdidimitə, 47 baş iribuynuzlu heyvanda xlamidioza görə müayinə məqsədi ilə qan nümunələri götürülüb. Bununla yanaşı, Bərdə rayonunda vərəmə görə 982 baş iribuynuzlu, manqoya görə 932 baş təkdırnaqlı heyvan diaqnostik müayinəyə cəlb olunub.
Bərdə Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində 46 obyektdə 157388 kvadratmetr ərazidə profilaktik dezinfeksiya, 2 obyektdə 1396 kvadratmetr ərazidə məcburi dezinfeksiya, 5 obyektdə 5 min kvadratmetr ərazidə dezinseksiya tədbirləri yerinə yetirilib. Aparılacaq tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.
Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Qeyd edək ki, hazırda Bərdə rayonunda xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir. Tədbirin yaxın günlərdə yekunlaşması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır