Qəhvəyi Mərmər Bağaçığına qarşı mübarizə tədbirləri davam etdirilir
2023-10-30 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən Respublikanın müxtəlif bölgələrində karantin zərərverici olan qəhvəyi mərmər bağacığının qışlama yerlərində monitorinq və mübarizə tədbirləri davam etdirilir.
Respublikanın müxtəlif bölgələrində zərərvericinin populyasiyaların kütləvi yayıldığı ərazilərdə monitorinq və mübarizə məqsədilə ümumilikdə 2070 ədəd feromon tələ quraşdırılıb. Həmçinin mərkəzin əməkdaşları tərəfindən qeyd olunan rayonların kəndlərinin ictimai iaşə obyektlərində, yardımçı tikililərdə və inzibati binalarında təhlükəsizlik qaydaları əməl etməklə zərərvericiyə qarşı mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Eyni zamanda Respublikamıza zərərvericinin qonşu ölkələrdən daxil olmasının qarşısını almaq məqsədilə Hevan sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin mütəxəssisləri tərəfindən “Mazımqara” və “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqələrində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Böyük-Kəsik dəmiryol stansiyasında nəqliyyat vasitələrində sutka ərzində zərərsizləşdirmə (dezinseksiya) tədbirlərini davam etdirilir. Belə ki, yeni mövsümdən etibarən Mazımqara dövlət sərhədindən buraxılış məntəqəsində 5460 ədəd, “Qırmızı Körpü” dövlət sərhədindən buraxılış məntəqəsində 11482 ədəd avto-nəqliyyat vasitəsində, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Böyük-Kəsik dəmiryol stansiyasında isə 12443 ədəd vaqonda zərərsizləşdirmə tədbirləri aparılıb.
Qeyd edək ki, qəhvəyi mərmər bağacığı polifaq yəni, bir çox bitki növləri ilə qidalanan zərərvericidir, dünyada əsasən fındıq bağlarına ziyan vurduğu məlumdur. Zərərverici inkişafı və yayılması üçün əlverişli şərait yarandıqda sürətlə çoxalaraq yayılır. Dişi fərdlər hər birində 25-30 ədəd olmaqla topa şəklində yarpağın alt səthinə yumurta qoyur. Bir dişi fərdi mövsüm boyu 300-ə qədər yumurta qoya bilir.
Qəhvəyi mərmər bağacığı həm yetkin, həm də sürfə mərhələsində bitkinin meyvələri, cavan budaqları və yarpaqlarının şirəsini sormaqla qidalanır. Nəticədə meyvələrdə müxtəlif zərərlər əmələ gəlir (dadı pisləşir, üst səthi kələ-kötür olur). Sitrus meyvələri, xurma və üzümdə meyvələr yetişmədən tökülür. Qərzəkli bitkilərdə əsasən də fındıqda meyvələri sütül dövründə zədələyir və ləpə inkişafdan qalır.
Bağacığın insanlar üçün heç bir təhlükəsi yoxdur, o insanları sancmır və ya dişləmir, sadəcə spesifik qoxusu vardır.
Zərərverici kütləvi müşahidə olunduğu halda vətəndaşlardan Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) mərkəzinin yerli qurumlarına müraciət etmələri xahiş olunur. Əhali özü isə evlərdə, yaşayış yerlərində zərərvericini fiziki üsulla da məhv edə bilər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır