Nazir Məcnun Məmmədov bölgələrdə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkib
2023-10-30 00:30:00
Bölgələrdə yeni yaradılmış kənd təsərrüfatı infrastrukturunun, nazirliyin balansında olan müəssisələrin fəaliyyəti daim diqqət mərkəzindədir. Müxtəlif bölgələrdə fəaliyyət göstərən toxum və pambıq emalı zavodlarında, tingçilik mərkəzlərində sertifikatlaşdırılmış toxum və ting istehsalı, xam pambığın emalı həyata keçirilir. Bu müəssisələr xüsusilə toxumçuluq, tingçilik və kənd təsərrüfatı məhsullarının emalı sahəsində dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qobustan rayonunda Aqrar Xidmətlər Agentliyinin Cəngi pestisidlər poliqonunun fəaliyyəti ilə tanış olub, Qobustan toxum emalı zavoduna, Şamaxı üzüm tingçilik mərkəzinə, Ucar pambıq emalı zavoduna baş çəkib, müəssisələrin fəaliyyəti ilə maraqlanıb. Nazirə bu müəssisələrdə toxum emalı, ting istehsalı, pambığın ilkin emalı və mahlıc istehsalı barədə geniş məlumat verilib. Görüşlərdə müəssisələrin fəaliyyətinin günün tələblərinə uyğun qurulması, istehsal gücünün artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır