Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyətinə həsr olunmuş dəyirmi masa keçirilib
2023-11-04 09:51:41
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda “Respublikamızda pambıq toxumçuluğunun mövcud vəziyyəti, problemlər və həlli yolları” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri İmran Cümşüdov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, “MKT İstehsalat Kommersiya” MMC, “Azərpambıq ASK” MMC, “P-Aqro” MMC-nin rəhbər və nümayəndələri, pambıqçı fermerlər iştirak ediblər.
İnstitutun direktoru İbrahim Cəfərov toxumçuluğun məhsul istehsalı zəncirində çox mühüm rol oynadığını vurğulayıb. Mövsüm zamanı torpağa səpilən yüksək reproduksiyalı toxum əkin sahələrindən bol və keyfiyyətli məhsul götürülməsi deməkdir. Vurğulayıb ki, respublikamızda da son illərdə toxumçuluğun inkişafı, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, məhsuldar toxum sortlarının yetişdirilməsi, həmçinin xaricdən keyfiyyətli toxumların idxalı diqqət mərkəzində saxlanılır.
İmran Cümşüdov pambıq toxumçuluğunun inkişaf etdirilməsi, toxuma olan tələbatın yerli istehsal hesabına təmin olunmasının prioritet vəzifələrdən olduğunu bildirib. Onu da qeyd edib ki, toxumçuluq gəlirli sahədir. Ölkədə bu sahəni inkişaf etdirmək və toxumçuluq təsərrüfatları qurmaq üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov sort təmizliyinin təmin edilməsində ilkin toxumçuluğun düzgün təşkilinin vacibliyini vurğulayıb. Qeyd edib ki, toxumçuluq sisteminin səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir.
Şirkət nümayəndələri yerli pambıq toxumluğunun inkişaf perspektivləri barədə fikir və mülahizələrini söyləyiblər. Onlar eyni zamanda pambıq toxum istehsalı ilə bağlı, institutla əlaqələrin daha da genişləndirilməsindən bəhs ediblər.
Dəyirmi masada respublikada pambıq toxumçuluğunun inkişaf etdirilməsi istiqamətində müazkirələr aparılıb və səmərəli təkliflər səsləndirilib.
Sonda institutun təcrübə sahələrinə baxış keçirilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır