ASK-nın təşəbbüsü ilə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sahibkarlarla görüşü keçirilib
2023-12-04 00:00:00
Dekabrın 2-də Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə sahibkarların kənd təsərrüfatı naziri Məcnun Məmmədovla görüşü keçirilib.
Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Konfederasiyanın Baş katibi Natəvan Məmmədova dövlət-özəl dialoqunun səmərəliliyi, bu platformanın iqtisadiyyatımızın inkişafındakı rolu barədə danışıb. O, tədbirdə kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən 100-ə yaxın sahibkarın iştirak etdiyini bildirib.
Nazir Məcnun Məmmədov açılış nitqində ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı ilə bağlı artan dinamikanı qeyd edib və özəl sektorun bu sahədəki fikirlərini dinləməyə və əməkdaşlıq etməyə hazır olduqlarını vurğulayıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev özəl sektorla qurulan bu əməkdaşlığa görə kənd təsərrüfatı nazirinə təşəkkürünü bildirib. O, görüşdə qaldırılan məsələlərin həllinə Konfederasiyanın müvafiq dəstəyi verəcəyini söyləyib.
Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Konfederasiyanın vitse-prezidenti Zakir Nuriyev kənd təsərrüfatı sektorunun inkişafı ilə bağlı öz fikirlərini çatdırıblar.
Görüşdə çıxış edən sahibkarlar əsasən kənd təsərrüfatı məhsullarının emalı və emal edilmiş məhsulların satışı zamanı yaranan vergi məsələləri, eləcə də, aqrar məhsulların ixracı zamanı ƏDV-nin geri qaytarılması mexanizminin təkmilləşdirilməsi, ixrac bazarının genişləndirilməsi, qida zəncirinin qurulması, kadr çatışmazlığı, xammala güzəştlərin tətbiqi, dövlət dəstəyi mexanizmlərində keyfiyyət məsələlərinin nəzərə alınması, tez xarab olan kənd təsərrüfatı məhsullarının daxili və xarici bazarlara çatdırılmasındakı çətinliklər, işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatının inkişafı üçün imkanların yaradılması və sair məsələlərə toxunublar.
Görüşdə qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb. İştirakçılar dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində bu cür dialoq platformalarının genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır