Özəl laboratoriyaların fəaliyyətinin dəstəklənməsinə dair tədbir keçirilib
2023-12-14 00:00:00
Bərdə rayonunda Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzi və Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı”na əsasən özəl laboratoriyaların fəaliyyətinin dəstəklənməsinə dair tədbir keçirilib. Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi və Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Mərkəzi laboratoriya və 11 regional mərkəzin müvafiq şöbələrinin əməkdaşları, Agrolab, SP lab, Azərbaycan Dövlət Aqrar Universitetinin nəznində fəaliyyət göstərən Aqrokimyəvi Laboratoriyaların rəhbərləri iştirak edib.
Görüşün keçirilməsində əsas məqsəd Respublikamızda dövlət və özəl laboratoriyalar tərəfindən aparılan aqrokimyəvi analizlərin icrası, mövcud problemlər və birgə fəaliyyətə dair müzakirələrin aparılmasıdır. Bununla əlaqədar müasir torpaq analizlərinin aparılması barədə təqdimatlar olunub, mövcud problemlər, onların həlli istiqamətləri, aparılan aqrokimyəvi analizlərin keyfiyyətinin birgə yoxlanılması, qarşılıqlı təlimlərin keçirilməsi, hesabatlılığın təmin olunması qərara alınıb.
Tədbirdən sonra iştirakçıların Yevlax şəhərində yerləşən torpaq, bitki, su və s. analizləri üzrə ixtisaslaşan Agrolaba səfəri təşkil olunub. Laboratoriyanın fəaliyyəti ilə tanış olunub, işçi heyətlə görüş keçirilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır