Xlamidioz xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2023-12-22 00:00:00
Xlamidioza bütün kənd təsərrüfatı heyvanları və insanlar yoluxur. Xəstəlik müxtəlif növ heyvanlarda müxtəlif adlarla adlanır.
Xəstəlik mənbəyi xəstə heyvanlar və quşlardır. Törədici orqanizmdən burun axıntısı, bəlğəm, süd, nəcis, sidik, sperma, salınmış bala, dölətrafı maye, ətənə, cinsiyyət orqanı axıntısı vasitəsi ilə xaric olur. Hava, döşəmə, divar, axur, yem, su vasitəsi ilə yayılır.
Yoluxma həzm və tənəffüs orqanları, həmçinin cütləşmə və süni mayalanma yolu ilə baş verir. Balalar ana bətnində, doğuş vaxtı, süd əməndə yoluxurlar. Xəstəlik riskləri pis yemlənmə və saxlanma şəraitində, soyuqlamada, həmçinin müxtəlif stress faktorların təsirindən daha da artır. Təsərrüfatlara böyük ziyan vurur, ölüm 20%-ə qədər olur (əsasən1-6 aylıq balalarda). Boğaz heyvanlarda balasalma 5-30%, bəzən 70%-inə çata bilər.
Xəstəliyin əlamətləri
- balasalma və ölü doğulmuş balalar çox olur. Balasalma adətən boğazlığın 7-9 aylığında baş verir, 4 aylıqda da balasalma mümkündür.
- ətənənin ləngiməsi, balalıq iltihabları ( endometrit,vaginit), mastit baş verir;
- cavanlarda enterit (mədə-bağırsaq pozğunluğu), bronxopnevmoniya (tənəffüs orqanlarının xəstəliyi), artrit (oynaqların iltihabı, axsama), konyuktivit ( gözün iltihabı) müşahidə edilir;
- təsərrüfatlarda balaalma faizi aşağı düşür.
Müalicə və profilaktika
- xəstəlik əlamətləri müşahidə edilərsə, diaqnozun dəqiq təyin edilməsi üçün mütləq baytarlıq mütəxəssislərinə müraciət etmək lazımdır;
- müalicə və qabaqlayıcı tədbirlər baytarlıq mütəxəssislərinin iştirakı ilə həyata keçirilməlidir;
- salınmış balalar, ətənə, dölətrafı maye zərərsizləşdirilərək məhv edilməlidir;
- heyvanlar təsadüfi cütləşməyə buraxılmamalıdır;
- heyvanlar qaba, sulu-sirəli, qüvvəli yemlərlə, vitamin və minerallarla yemləndirilməlidir, havalandırılan, təmiz, rütubətliyi normada olan tikililərdə saxlanmalıdır;
- xəstəlik aşkar edilmiş təsərrüfatlarda gündəlik məcburi dezinfeksiya aparılmalıdır;
- sağlam təsərrüfatlarda ayda bir dəfə qabaqlayıcı dezinfeksiya aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır