Heyvanlar arasında peyvəndləmə tədbirlərinin aparılması məqsədilə Türkiyədən vaksinlər gətirilib
2024-01-20 00:00:00
Artıq bölgələrdə peyvəndləmə tədbirlərinə başlanılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələri genişlənir. Belə ki, 2023-cü il ərzində Aqrar Xidmətlər Agentliyinin (AXA) əməkdaşları tərəfindən texnikalara texniki baxışın göstərilməsi, torpaqların aqrokimyəvi, aqrofiziki, eləcə də gübrə və yarpaq analizlərinin aparılması, analiz nəticələrinə uyğun gübrə normasının hesablanması, laboratoriya idarə edilməsində İnformasiya Komunikasiya Texnologiyalarından istifadə imkanları, toxumçuluğun təşkili və digər sahələr üzrə Türkiyə təcrübəsi öyrənilib. Eyni zamanda AXA-nın nümayəndə heyətinin Türkiyə Respublikasına səfəri çərçivəsində Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin müxtəlif idarə rəhbərləri və Nazirliyin tabeliyində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat müəssisələri ilə görüşlər keçirilib. Görüşlərdə heyvandarlıq, toxumçuluq, kənd təsərrüfatı texnikalarına xidmət sahələrində mövcud olan təcrübənin öyrənilməsi, bu sahədə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis və təcrübə mübadiləsi, həmçinin ölkəyə baytarlıq vaksin təchizatının təşkilinə dəstək, heyvandarlıq sahəsi üzrə dərman və vaksin istehsalının birgə araşdırılması və istehsalı imkanlarının genişləndirilməsi istiqamətində əməkdaşlığa dair müzakirələr aparılıb.
Əməkdaşlıq çərçivəsində cari ilin "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında peyvəndləmə tədbirlərinin vaxtında aparılması məqsədilə Türkiyə istehsalı olan vaksinlər artıq ölkəmizə gətirilib. Bölgələrdə xüsusi təhlükəli xəstəliklərə qarşı "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq peyvəndləmə tədbirlərinə başlanılıb.
Qeyd edək ki, heyvan xəstəliklərinə qarşı peyvənd vasitələrinin əldə olunması üçün Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi tərəfindən müxtəlif vaxtlarda ölkəmizə vaksin yardımı həyata keçirilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır