Texnika istifadəçilərinin nəzərinə!
2024-01-31 00:00:00
“Yol hərəkatı haqqında” qanunun tələblərini yerinə yetirilməsi üçün traktor və digər mexaniki nəqliyyat vasitələri və onların qoşqularının texniki baxışa təqdim edilməsi məcburidir.
Qeyd edilən nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs) onlara məxsus nəqliyyat vasitələrini ildə bir dəfə dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməlidir. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:
- nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;
- nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
- dövlət rüsumunun ödənilməsi barədə sənəd;
- icbari sığorta şəhadətnaməsi.
Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən nəzərdə tutulmuş müddət əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır. Nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olunur.
Traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, qoşqular, yarımqoşqular və digər mexaniki nəqliyyat vasitələri üçün dövlət rüsumu - 15 mаnаt.
Bildiririk ki, texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qadağandır!
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır