Daha 31 mütəxəssis Kənd Təsərrüfatı Nazirliyi sistemində işə qəbul edilib
2019-12-12 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində (AXA) vakant yerlər üzrə vəzifəyə uyğun sayılan 31 nəfər müvafiq işlə təmin edilib. AXA sədri Seymur Mövlayev Agentlikdə işə qəbulla bağlı müsabiqə və müsahibədən keçən mütəxəssislərlə görüşüb.
Görüşdə S. Mövlayev işə qəbul olunan mütəxəssisləri təbrik edərək Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, qarşıda duran yeni hədəflər və yanaşmalar barədə ətraflı məlumat verib. Sədr AXA-nın fəaliyyətində əsas hədəflərin daim fermerlərin yanında olmaq, şəffaflığı və vətəndaş məmnunluğunun təmin etmək olduğunu deyib, bu hədəflərə nail olmaq üçün mütəxəssislərin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. Tədbir iştirakçılarına son illərdə aqrar sahədə həyata keçirilən islahatlar, dövlət tərəfindən göstərilən dəstək, innovativ texnologiyalar barədə məlumat verilib. S. Mövlayev mütəxəssislərə aqrar sahənin dinamik və dayanıqlı inkişafının təmin edilməsi işində müvəffəqiyyətlər arzulayıb.
İşə qəbul prosseduru ilə bağlı məlumat verən AXA-nın kadr sektorunun müdiri Babək Əliyev bildirib ki, oktyabrın 22-də verilmiş vakant yerlər üzrə işə qəbul elanına əsasən daxil olmuş müraciətlərə baxılıb, bilik və bacarıqları nəzərə alınan 31 mütəxəssis tam şəffaflıq prinsipi əsasında işə qəbul edilib. Onun sözlərinə görə, işə qəbul olunanlar arasında regional aqrokimya laboratoriyalarında iş üçün müraciət edənlər üstünlük təşkil edib. Babək Əliyev Nazirliyin İnsan resurslarının idarəedilməsi şöbəsində yeni işə qəbul olunanlarla görüşün keçirildiyini, bir daha fəaliyyəti, ixtisas uyğunluğunun müəyyənləşdirildiyini və işə qəbul olunmalarının məqsədəuyğun hesab edildiyini diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyinin İnsan resurslarının idarəedilməsi şöbəsinin müdir müavini İlham Süleymanov kadrların seçilməsində tam şəffaflığın təmin olunduğunu və onların AXA-nın fəaliyyət istiqamətlərinə uyğun çalışacaqlarına, göstərilən etimadı doğruldacaqlarına əminliyini bildirib.
Yeni işə qəbul olunan mütəxəssislər müsahibə və müsabiqənin tam şəffaf keçirildiyini bildirib, üzərlərinə düşən vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylə çalışacaqlarını vurğulayıblar.
Qeyd edək ki, verilmiş elanlar əsasında bu günə kimi 103 nəfər mütəxəssis AXA-nın yerli qurumlarında işlə təmin olunub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır