Heyvanları infeksion xəstəliklərdən necə qorumalı?
2024-02-02 00:00:00
- ilk növbədə onların sağlamlığı və rifahı təmin edilməli, saxlama, bəsləmə və yetişdirmə yerləri olmalıdır;
- yerlər kifayət qədər sahəyə malik olmalıdır;
- yaxşı havalandırılmalı, rütubəli, soyuq və həddən artıq isti olmamalı, işıqlandırılması heyvanlarda stress yaratmamalı, təmizlənməsi rahat olmalıdır;
- heyvanlar üçün onların ehtiyacını təmin edəcək yemlər tədarük edilməlidir;
- heyvanlar qapalı saxlanıldıqda mineral və vitaminlər tədarük edilməlidir;
- sağlamlıq şəhadətnaməsi olmayan yeni heyvanlar alınmamalıdır;
- heyvanlar təsadüfi cütləşmələrdən uzaq saxlanılmalıdır;
- süni mayalandırmaya üstünlük verilməlidir;
- yeni əldə etdiyiniz heyvanlar müəyyən edimiş müddətdə digər heyvanlardan ayrı saxlanılmalıdır;
- naxıra heyvan buraxılarkən diqqətli olunmalı, hansısa xəstəliyə şübhəli heyvan olduqda, həmin heyvan sürüdən ayrılmalıdır;
- rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələri ilə və ərazidə fəaliyyət göstərən fərdi baytarlıq xidməti ilə məşğul olan baytar həkimləri ilə daim əlaqə saxlanılmalıdır;
- saxlanılan və yeni əldə edilən heyvanlar barədə Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinə və ərazidə fəaliyyət göstərən fərdi baytarlıq xidməti ilə məşğul olan baytar həkimlərinə məlumat verilməli, heyvanlar dövlət büdcəsindən maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinə cəlb edilməlidir;
- heyvan saxlanılan yerlər dezinfeksiya edilməlidir.
Qeyd edilən tələblərin (şərtlərin) pozulması mikrob və virusların yayılmasına və heyvanların immunitetinin aşağı düşməsinə səbəb olur. İmmuniteti aşağı salan, orqanizmdə mikrob və virusların inkişafına şərait yaradan əsas səbəblərdən biri keyfiyyətsiz yem və yemləmədir.
Yadda saxlayaq: xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır