Heyvanlarda paravaksin və ya yalançı çiçək xəstəliyi
2024-02-08 00:00:00
Sağılan inəklərin kontagioz xəstəliyi olub yelində məmələri zədələyir. Sağım aparan personalın əlinə də yoluxa bilər.
Yayılması:
- əsasən sağıcılar vasitəsi ilə yayılır;
- bütün növ iribuynuzlu heyvanlar və insanlar yoluxa bilər;
- təsərrüfata yeni daxil olmuş heyvanlar daha tez yoluxur;
- xəstəlik yavaş sürətlə yayılır;
Xəstəlik mənbəyi:
- xəstə, xəstələnib sağalmış heyvanlardır.
Kliniki əlamətləri:
- xəstəlik yerli infeksiyalar kimi inkişaf edir;
- dəmələrin üzərində əvvəlcə qırmızı nöqtələr görünür, bu nöqtələr sonradan 2-4 mm ölçüsündə əllə hiss edilə biləcək düyünlərə çevrilir;
- düyünlər açıq qəhvəyi və ya qırmızı-qəhvəyi rəngdə qərtməklə örtülür;
- belə düyünlərin miqdarı 1-20 və daha çox olur;
- tək düyünlərin ölçüsü böyük olur;
- düyünlər çox yarandıqda birləşərək böyük sahəni əhatə edir, üzəri qərtməklə örtülür;
- sağım vaxtı qərtmək qopur, məmənin üzəri qırışmış görüntüyə malik olur. Belə sahələrdə çatlar və eroziyalar yaranır;
- düyünlər bəzən 2 aya qədər qalsa da öz-özlüyündə heyvana əziyyət vermir, lakin düzgün qulluq olunmadıqda yaranmış çat və eroziyalardan digər infeksiyalar keçə bilər.
Təfriqi:
- iribuynuzlu heyvanların çiçək xəstəliyinə bənzərliyi var;
- xəstəlik çiçəkdən fərqli olaraq yüngül və xoşxassəli gedişə malikdir;
- çiçək xəstəliyindən fərqli olaraq düyünlər bərk olur.
Profilaktikası:
- xüsusi profilaktikası yoxdur;
- ümumi profilaktiki tədbirlər görülməlidir;
- işçilər şəxsi gigiyena qaydalarına əməl etməlidirlər;
- heyvan sağımı bitdikdən sonra digər (fərdi və ya qrup) heyvanın sağımı başlamamış əllər və avadanlıqlar dezinfeksiya edilməlidir;
- məmələrə düzgün qulluq edilməlidir, onlara qoruyucu maz və məlhəmlər sürtülməlidir;
- yeni daxil olan heyvanlar ciddi müayinə edilməli və 30 gün müddətində digər heyvanlardan təcrid edilərək ayrı saxlanmalıdır. Mütəmadi olaraq profilaktiki dezinfeksiya işləri aparılmalıdır;
- heyvanlarda xəstəliyin əlamətləri müşahidə edildikdə baytarlıq mütəxəssisinə müraciət etmək tövsiyə edilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır