Heyvanlarda mastit (süd vəzinin iltihabı)
2024-02-20 00:00:00
Mastit bakteriyaların, virusların, göbələklərin təsirindən yaranan yelin iltihabıdır. Naməlum mənşəli mastitlərə də rast gəlinir. Adətən yüksək məhsuldar, süd verən inəklərdə müşayət olunmaqla süd məhsuldarlığının, südün keyfiyyətinin və yağlılığının aşağı düşməsinə səbəb olur. Xəstəlik irəlilədikcə yelin paylarının sıradan çıxmasına (məmə korluğu) səbəb olur. Nəticədə heyvan çıxdaş olunaraq kəsimə gedir. Mastit, müalicəsinə ən çox vəsait sərf olunan xəstəlikdir. Mastitə bütün məməlilərdə rast gəlinir.
Xəstəliyin yaranma səbəbləri:
- Əllə sağım düzgün aparılmadıqda məmələr mexaniki zədələnir və xəstəlik törədiciləri yelinə daxil olur;
- Nasaz sağım avadanlıqları və düzgün qurulmayan döşəmə məmələri zədələyir və xəstəlik törədiciləri yelinə daxil olur;
- Döşəmələrin antisanitar şəraitdə saxlanması xəstəlik törədicilərinin çoxalmasına səbəb olur və onlar zədələnmiş yelini yoluxdurur;
- Xəstə heyvanın orqanizmindəki xəstəlik törədən müxtəlif bakteriyalar süd vəzinə düşməklə mastitə səbəb olur;
- Balanslaşdırılmış yem payı tətbiq edilmədikdə mastit üçün münbit şərait yaranır.
Yoluxma yolları:
- Sağıcılar, sağım aqreqatları, buzovlar, xəstə heyvanlar, antisanitar döşəmə.
Kliniki əlamətlər:
Xəstəlik 3 şəkildə görünə bilər:
Kliniki mastit : heyvanın ümumi vəziyyətində dəyişikliklər müşahidə edilir, yelin payları şişir, isti, sərt, ağrılı və iltihab səbəbindən qızarmış olur. Süd sulu, pıxtalı, irinli və qanlı şəkil alır.
Subkliniki (gizli) mastit : yelində iltihab əlamətləri olmur, lakin süddə pıxtalar görünür.
Xroniki mastit : kliniki və subkliniki mastitlər xroniki formaya keçir. İltihab əlamətləri və süddə gözlə görülə biləcək dəyişikliklər olmur.
Diaqnoz:
Süddə pıxtaların görünməsi, heyvanda yüksək hərarət, yelinin qızarması, şişməsi, sərtləşməsi, südün keyfiyyətində dəyişikliklər müşahidə edildikdə mastitə şübhələr yaranmalıdır. Mastit testlərindən istifadə etməklə ilkin mərhələdə mastiti aşkar etmək mümkündür. Daha sadə üsulu üzərinə qara parça çəkilmiş şüşə qabdan istifadə etməklə pıxtaların və qan elementlərinin aşkar edilməsidir.
Profilaktika və mübarizə tədbirləri:
- Sağımdan öncə və sonra yelinə düzgün qulluq edilməlidir (mazlardan və digər vasitələrdən istifadə etməklə);
- Heyvanlar tam sağılmalıdır, yelin paylarında süd saxlanmamalıdır;
- Heyvanlara süd qurutduğu dövrlərdə antibiotik müalicələri tətbiq edilməlidir;
- Xəstə heyvanlar naxırdan (sürüdən) ayrılmalıdır;
- İri təsərrüfatlarda süd soyutma çənlərində toplanan süd vaxtaşırı analiz edilməlidir (somatik hüceyrə sayımı etməklə);
- Balalıq iltihabları zamanı mastit yaranma ehtimalı nəzərə alınmalıdır və müvafiq önləyici tədbirlər görülməlidir;
- Sağım aqreqatları təmiz saxlanmalıdır və hər sağımdan sonra dezinfeksiya edilməlidir;
- Axurun təmizliyinə və dezinfeksiyasına diqqət yetirilməli, heyvanların saxlandığı bina və yatdığı yer zoobaytarlıq şərtlərinə uyğun olmalıdır;
- Xüsusən boğaz heyvanlar üçün (doğuma 1 ay qalmış qüvvəli yemlərin rasiondan çıxarılması tövsiyə edilir) və sağılan inəklər üçün balanslaşdırılmış yem payı tərtib olunmalıdır;
- Mastiti erkən dövrlərdə aşkara çıxarmaq üçün mastit testlərindən istifadə edilməlidir;
- Süddə dəyişikliklər, süd testi nəticəsində şübhələr yaranarsa və xəstəliyin ilkin əlamətləri görünərsə baytar həkiminin iştirakı ilə müalicə işlərinə başlanılmalıdır;
- Qeyri professional müalicə heyvanın çıxdaş olunmasına gətirib çıxara bilər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır