Quduzluğa qarşı peyvəndləmə tədbirləri davam etdirilir.
2024-02-20 15:10:35
Quduzluq mərkəzi sinir sistemini zədələyən, heyvandan heyvana və heyvandan insana keçən virus xəstəliyidir. Təbiətdə xəstəliyi əsasən canavar, çaqqal, tülkü, porsuq, ayı, dələ və s. yayır. İnsanlar arasında quduzluğu ən çox sahibsiz itlər və pişiklər yayır. İnsanların yoluxması 99% itlərin dişləməsindən baş verir. Quduzluğun əlamətləri büruzə verdikdə ölüm 100% olur.
Respublikamızda hər il quduzluğa qarşı Epizootiya əleyinə diaqnostik və profilaktik Tədbirlər Planına uyğun olaraq sahibli və sahibsiz itlər arasında peyvəndləmə işləri aparılır. Son illər vəhşi təbiət heyvanları arasında oral peyvəndləmə tədbirləri də həyata keçirilir. Peyvəndləmədə məqsəd quduzluq virusunun yoluxma zəncirini qırmaqla insanları və heyvanları bu qorxulu xəstəlikdən qorumaqdır.
2023-cü il ərzində Quduzluq xəstəliyinə qarşı 221851 baş sahibli itdə, 376 baş XBH, 921 baş İBH, 7 baş təkdırnaqlı heyvanda və 2052 baş sahibsiz itdə profilaktik tədbirlər aparılmışdır. 2024-cü ili yanvar-fevral aylarında heyvanlar arasında 3 duduzluq xəstəliyinə yoluxma laboratoriya tərəfindən təsdiq edilmişdir ( 2 – it, 1 – İBH). Yanvar ayında 50 763 baş sahibli itdə peyvəndləmə tədbirləri aparılmışdır. Aparılmış tədbirlər nəticəsində quduzluğa yoluxma dinamikasında azalma müşahidə edilir. Belə ki, 2021-ci ildə 29 it dişləməsi ilə əlaqədar müraciətlərdə nümunə götürülmüş 20 itdə, 2022-ci ildə isə 35 it dişləməsi ilə əlaqədar müraciətlərdə nümunə götürülmüş, 15 itdə yoluxma faktı aşkar edilmişdir.
Son üç il ərzində yoluxma dinamikasının azalması aparılan tədbirlərin effektivliyini göstərir. Hal-hazırda quduzluq xəstəliyinə qarşı Epizootiya əleyinə diaqnostik və profilaktik Tədbirlər Planına uyğun olaraq sahibli və sahibsiz itlər arasında peyvəndləmə işləri aparılır. Quduzluq xəstəliyinin vəhşi təbiət heyvanlarından kənd təsərrüfatı heyvanlarınına və itlərə yoluxma zəncirini qırmaq məqsədilə fevral ayının birinci yarısında Şamaxı, Ağsu, Oğuz, Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən rayonları ərazisində meşə və dağlıq ərazilərdə tərkibində quduzluq əleyhinə peyvənd vasitəsi olan aldadıcı yem vasitəsi ilə immunizasiya aparılmışdır.
Oral peyvəndləmə ölkədə ilk dəfə 2015-ci ildə həyata keçirilib, 50 min ədəd aldadıcı yem pilot layihə çərçivəsində ölkənin 6 rayonu və Abşeron yarımadasında təbiətə atılmışdır.
Aqrar Xidmətlər Agentliyi vətəndaşların nəzərinə çatdırır ki, təsərrüfatlarda, həyətlərdə, evlərdə saxlanılan itlər quduzluğa qarşı əvvəlcədən peyvənd edilməlidir. İtlər və pişiklər “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”- na uyğun olaraq saxlanılmalıdır.
Quduzluğa qarşı peyvəndləmə ilə əlaqədar Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinə müraciət olunması tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır