“Toxumçuluğun inkişaf perspektivləri – sahəyə yeni baxış” mövzusunda konfrans keçirilib
2024-03-05 00:15:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının birgə təşkilatçılığı ilə “Toxumçuluğun inkişaf perspektivləri – sahəyə yeni baxış” mövzusuna dair konfrans keçirilib. Konfransda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının, elmi tədqiqat institutlarının, toxumçuluq üzrə assosiasiyanın, həmçinin özəl toxumçuluq təsərrüfatlarının nümayəndələri və toxumçu fermerlər iştirak edib.
Konfransın keçirilməsində əsas məqsəd toxumçuluğu elmi əsaslarla inkişaf etdirmək, toxumçuluq sisteminə dövlət nəzarəti, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən faydalanmaq, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də özəl toxumçuluğun inkişaf perspektivləri və bu sahədə yeni innovativ texnologiyaların tətbiqini təşviq etməkdir.
AXA sədri Sərdar Hacıyev toxumçuluqda mövcud vəziyyət və qarşıda duran hədəflər barədə məlumat verib. Bildirib ki, toxumçuluq kənd təsərrüfatının çox vacib sahəsi, aqrar sektorun inkişaf dinamikasını müəyyən edən amillərdən biridir. Ərzaq təhlükəsizliyinin təmin olunmasının prioritet istiqamətlərindən biri toxumçuluq sahəsində fəaliyyətin səmərəli təşkilidir. Sərdar Hacıyev fermerlərin keyfiyyətli toxuma olan əlçatanlığını təmin edilməsinin, toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsinin, toxumluq əkin sahələrində aprobasiyanın vaxtında və keyfiyyətlə aparılmasının, toxum istehsalına nəzarətin təkmilləşdirilməsinin, həmçinin yüksək və keyfiyyətli məhsul istehsalı üçün toxumluq sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vacibliyini nəzərə çatdırıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Namiq Məmmədov FAO tərəfindən toxumçuluq sahəsində həyata keçirilən layihələrin əhəmiyyəti barədə məlumat verib.
Konfrans öz işini panel sessiyalarda davam etdirib. Sessiyalarda toxumçuluq sistemi: ölkədə toxum istehsalına dövlət nəzarəti və beynəlxalq təcrübə, dövlət toxum nəzarət sistemi, toxumçuluqda mövcud vəziyyət, toxum tələbatı, toxumçuluq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi mövzularında müzakirələr və təqdimatlar keçirilib. Müzakirələrdə toxumçuluğun inkişaf etdirilməsi, ilkin toxumçuluğun təşkilində beynəlxalq təcrübədən istifadə, toxumçuluqda yeni innovativ texnologiyaların tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır