Qəhvəyi Mərmər bağacığına qarşı mübarizə tədbirlərinə dair Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
2024-03-14 00:00:00
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 819s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”na əsasən 2024-cü il ərzində zərərvericiyə qarşı görüləcək tədbirlərlə bağlı 14 Mart 2024-cü il tarixində Balakən rayonunda Əlaqələndirmə Mərkəzinin iclası keçirilib. İclasda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri iştirak edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bitki sağlamlığı şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət fitosanitar müfəttişi Taleh Şəmiyev Əlaqələndirmə Mərkəzinin ümumi fəaliyyəti, 2023-cü il ərzində görülmüş tədbirlər və qarşıda duran vəzifələr barədə məlumat verib.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov 2024-cü ilin yanvar-fevral aylarında aparılmış qışlama yerlərinin monitorinqi və aşkarlanma yerlərində həyata keçirilmiş mübarizə tədbirlərinin nəticələrini nəzərə çatdırıb. Bildirib ki, ümumilikdə 2024-cü ilin birinci dövrü ərzində ölkə üzrə 3978 ədəd məntəqədə monitorinq keçirilmiş və aşkarlanma müşahidə edilmiş nöqtələrdə zərərvericinin yetkin fərdləri mexaniki mübarizə tədbirləri aparılaraq məhv edilmiş, qışlamadan çıxan fərdlərə qarşı mübarizə məqsədilə ölkə üzrə 686 ədəd feromon tələ asılmışdır. Həmçinin yazqabağı görülən işlərin intensivləşdirilməsi və effektivliyinin təmin edilməsi məqsədilə hazırlanmış Fəaliyyət Planı müzakirə üçün təqdim olunub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır