Atların Rinopnevmoniyası və ona qarşı mübarizə tədbirləri
2024-03-28 00:00:00
Atların rinopnevmoniyası və yaxud balasalma virus mənşəli xüsusi təhlükəli yoluxucu xəstəlikdir. Rinopnevmoniyaya bütün yaşlardan və cinslərdən olan atlar, ulaqlar, qatırlar yoluxur. Bu xəstəliyə ən çox cins atlar həssasdır.
Yayılması: Xəstəlik madyanlarda balasalmaya səbəb olur. Virus hava-damcı yolla, yem, su və invertarlar vasitəsi ilə yayılır. Törədici ayğırların uzunmüddətli virus daşıyıcısı olması müəyyən edilmişdir. Həmçinin ayğırların toxumlarında virusun olması da aşkar edilmişdir. Salınmış balalar yandırılmalıdır. Belə ki, onları basdırdıqda ətyeyən heyvanların onları çıxararaq virusu yayması mümkündür, habelə ölmüş bala ilə təmasda olan həşaratlar da virusu yaya bilər.
Kliniki əlamətləri: Yuxarı tənəffüs orqanlarında kataral iltihaba və konyuktivitə səbəb olur. Xəstəliyin kliniki olaraq respirator, spontan balasalma, cinsi və sinir forması vardır:
- respirator formada yüksək hərarət, yemdən tam imtina, güclü öskürək müşahidə edilir;
- balasalma formasında balasalma ilə yanaşı digər kliniki əlamətlər ya büruzə vermir və yaxud intensiv olur;
- cinsi formada cinsiyyət orqanlarında köpük müşahidə edilir;
- sinir forması nadir hallarda rast gəlinir və ən ağır forma sayılır heyvanları 99% müalicə etmək mümkün olmur.
Müalicəsi: Xəstəliyin xüsusi müalicəsi yoxdur, respirator xəstəliyin respirator formasında ikincili infeksiyaların qarşısını almaq üçün antibiotiklərdən istifadə olunur. Xəstələnib sağalmış heyvanlarda uzunmüddətli, 4 aydan 2-3 ilə qədər immunitet formalaşır. Xəstəliyə qarşı xüsusi peyvənd mövcuddur.
Atların rinopnevmoniyası xəstəliyi profilaktikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən xüsusi təhlükəli xəstəliklər siyahısındadır, peyvəndləmə tədbirləri ödənişsiz əsaslarla həyata keçirilir.
Profilaktikası: Xəstəlik yüksək kontagiozdur, yəni sürətlə yayılır.
Virusun sağlam təsərrüfatlara sirayətlənməməsi üçün:
- xəstəliyə qeyri-sağlam ərazilərdən və son 2 ay ərzində balasalma müşahidə edilən təsərrüfatlardan heyvan gətirilməməlidir, yeni gətirilən heyvanlar 30 sutka profilaktiki məqsədlə karantində saxlanmalıdır.
Qeyri-sağlam təsərrüfatlarda:
- peyvəndləmə tədbirləri vaxtında aparılmalıdır;
- ilxıda heyvanların yerdəyişməsi qadağan edilməlidir;
- yemin və təsərrüfat əhəmiyyətli invertarların, məhsulların kənara daşınmasının qarşısı alınmalıdır;
- süni mayalanma üçün toxum alınaraq digər təsərrüfatlara verilməməlidir;
- bala salmış madyanlar tədric edilməlidir;
- tövlə, nəqliyyat vasitələri, invertarlar mütəmadi dezinfeksiya edilməlidir;
- həvəsə gəlmiş madyanlar yalnız balasalmadan bir ay sonra süni mayalandırılmalıdır;
- salınmış balalar, döşənəcək məhv edilməlidir.
Xəstəlik əlamətləri göründükdə dərhal ərazi üzrə baytar həkimlərə məlumat verilməlidir, məhdudlaşdırıcı tədbirlər görülməlidir və baytarlıq mütəxəssisləri ilə birlikdə xəstəliyin ləğv edilməsi üçün tədbirlər hazırlanıb həyata keçirilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır