Sarı sarmaşığa qarşı mübarizə tədbirləri - fermerlərə tövsiyə
2024-04-08 00:00:00
Sarmaşıq fəsiləsinin sarı sarmaşıq (Cuscuta campestris Cuncker) cinsi 128 növlə təmsil olunur., onlardan 10 növü kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vurur. Ən geniş yayılmış növü tarla sarı sarmaşığıdır (Cuscuta campestris Cuncker) Tarla sarı sarmaşığının vətəni Şimali Amerikadır. Rusiyada isə ilk dəfə 1912-ci ildə tapılmışdır. Azərbaycanın bütün bölgələrində yayılmışdır və 200-dən çox növ bitkiyə zərər vurur.Tarla sarı sarmaşığı istisevər bitkidir. Torpaq yaxşı qızdıqda toxum cücərir. Bir toxumdan cücərmiş tarla sarmaşığı 20 mindən çox toxum verir. Gövdə qırıqlarından veqetativ yolla arta bilir.Sarı sarmaşığın bütün növləri parazit bitkilərdir (Kök və yarpaqları yoxdur, sap və ya qaytan şəkilli güclü budaqlanan gövdəsi var. Çiçəkləmə zamanı gövdə sıx çiçəklərlə örtülür. Çiçəklər beş ləçəklidir. Meyvə içərisində 1–4 toxum əmələ gələn qutu, toxum isə iki tərəfdən yastılanmış düzgün olmayan dairə şəklindədir.Sarı sarmaşığın torpaqdan su və mineral maddələri sormaq və işıqda üzvi maddələri sintez etmək qabiliyyəti yoxdur. Onlar sahib bitkinin hesabına yaşayır və bitkiyə xüsusi qaustoriyalarla yapışaraq onun hesabına qidalanır.Sarı sarmaşıq toxumla çoxalır. Toxumların cücərmə intensivliyi torpağın nəmliyi və temperaturundan, həmçinin toxumların yetişmə dərəcəsindən asılıdır. Yarımyetişmiş və yetişməmiş toxumlar yetişmiş toxumlara nisbətən daha tez cücərir. Yetişmiş toxumlar torpqda 8-10 il cücərmə qabiliyyətini saxlayır. Kiçik toxumlu sarı sarmaşıqlar torpağın 4 sm-ə, iri toxumlular 8 sm-ə qədər dərinliyində cücərir.Cücərmə zamanı toxum ruşeymi kök tükcükləri vasitəsi ilə torpağa yapışır, əks daha zərif tərəfi isə torpağın üzərinə çıxır və asta-asta qıvrılaraq sahib bitki axtarır. Sahib tapan kimi cücərti torpaqla əlaqəni kəsir və parazit həyat tərzinə keçir.Sarı sarmaşıqla zədələnən bitkilərin əvvəlcə inkişafı zəifləyir, sonra saralır və quruyur. 50-60% məhsul itkisinə səbəb olmaqla yanaşı, məhsulun keyfiyyətini də pisləşdirir. Kətanın lifinin keyfiyyətini pisləşdirir, şəkər çuğundurunda şəkərin miqdarını 1-2% azaldır, ot bitkilərində proteinin miqdarı azalır, kiflənir. Bitkilərin örtülü toxumalarını zədələyərək bitkinin xəstəlik və zərərvericilərlə sirayətlənməsinə şərait yaradır. Bir çox virus xəstəliklərinin (şəkər çuğundurunun, pomidorun, taxıl bitkilərinin, qarabaşağın mozaika virusu və s.) daşıyıcısıdır. Sarı sarmaşıqda kuskudin və kustalin alkaloidləri olduğu üçün, heyvanlar onunla zibillənmiş otla qidalandıqda çox hallarda zəhərlənirlər.
Mübarizə tədbirləri: karantin tədbirlərinə ciddi əməl edilməli, parazitin ehtiyatları məhv edilməli, torpağın və məhsulun təkrar zibillənməsinin qarşısı alınmalıdır;
sarı sarmaşıqla yoluxmayan və ya az yoluxan bitkilərdən (dənli taxıl bitkiləri, günəbaxan, qabaq fəsiləsi bitkiləri və s.) ibarət növbəli əkin sistemi tətbiq edilməli və əkin sistemi qara heriklə tamamlanmalıdır;
şum qatı güclü zibillənmiş sahələr şumlanmalı, erkən yazda səpinqabağı sahə 2-3 dəfə kultivasiya edilməli, əkinlərdə cücərmədən əvvəl və sonra malalama aparılmalı, seyrəkləşmənin qarşısını almaq üçün səpin norması 10-15% artırılmalı, vegetasiya müddətində cərgə arası becərmə işləri aparılmalı və tək-tək yoluxmuş bitkilər çıxarılıb məhv edilməlidir;
alaq otunun çiçəkləməsinə qədər yoluxmuş ocaqlar 1,5 m enində müdafiə zonas ilə birlikdə şum qatı güclü zibillənmiş sahələr şumlanmalı, erkən yazda səpinqabağı sahə 2-3 dəfə kultivasiya edilməli, əkinlərdə cücərmədən əvvəl və sonra malalama aparılmalı, seyrəkləşmənin qarşısını almaq üçün səpin norması 10-15% artırılmalı, vegetasiya müddətində cərgə arası becərmə işləri aparılmalı və tək-tək yoluxmuş bitkilər çıxarılıb məhv edilməlidir;
alaq otunun çiçəkləməsinə qədər yoluxmuş mənbələr 1,5 m enində müdafiə zonası ilə birlikdə biçilir, qurudulur və sahədən kənara çıxarılaraq yandırılır, sonra mənbə herbisidlə çilənir və qara herik saxlanılır. Çoxillik ot əkinlərində və istifadə edilməyən torpaqlarda isə sarı sarmaşıq çiçəkləyənə qədər kövşənlər tez-tez qısa biçilir, biçilmədən sonra qalan sarmaşıq qalıqları yandırılır və ya kimyəvi üsulla məhv edilir;
bağlarda, üzümlüklərdə sirayətlənmiş zoğlar sarmaşıq çiçəkləyənə qədər kəsilir, gövdə ətrafı bütün yay ərzində qara herik vəziyyətində saxlanılır, cərgə araları kultivasiya edilir və ya yoluxmayan bitkilər (taxıl, noxud, ajıpaxla (lupin)) səpilir;
Kimyəvi yolla alaq otunu məhv etmək üçün toxumluq yonca əkinlərində Propyzamide 40 % (600-800 ml/ha) üzümçülüklərdə Qlyphasate ( 480ml/ha 3l-6 ml/ha),bağçılıqda Qlyphasate ( 500 qr/l 2-4 l.ha) preparatlarından birinin tətbiq olunması məqsədə uyğundur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır