Sabirabadda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə tədbirləri davam etdirilir
2024-04-18 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən ölkədə epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində yerlərdə "Epizootiya əleyhinə profilaktiki, diaqnostiki tədbirlər planı"na uyğun olaraq yoluxucu xəstəliklərə qarşı profilaktiki peyvəndləmə, diaqnostik müayinə və dezinfeksiya tədbirləri davam etdirilir. Peyvənd vasitələri bölgələrə vaxtında çatdırılaraq “soyuq zəncir” prinsipinə əməl olunmaqla tətbiq edilir.
Aqrar Xidmətlər Agentliyi ilə özəl baytarlıq xidmətlərini həyata keçirən fərdi baytarlıq xidməti praktikası ilə məşğul olan fiziki şəxslər arasında bağlanılmış müqavilə əsasında iribuynuzlu və xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, eləcə də itlər arasında quduzluq və digər xəstəliklər əleyhinə peyvəndləmə tədbirləri həyata keçirilir. Belə ki, cari ilin əvvəlindən bugünədək Sabirabad rayonunda 54612 baş iribuynuzlu heyvanlarda, 874 baş təkdırnaqlı heyvanlarda, 44121 baş xırdabuynuzlu heyvanlarda qarayara xəstəliyinə, 3527 baş itdə quduzluq xəstəliyinə, 44660 baş iribuynuzlu heyvanlarda dabaq xəstəliyinə, 34273 baş xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinə, 1472 baş xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri, o cümlədən 717 m2 ərazidə profilaktiki dezinfeksiya tədbirləri həyata keçirilib.
Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında təbliğat işləri həyata keçirilib.
Qeyd edək ki, hazırda Sabirabad rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri davam etdirilir.
AXA bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır