Qoyunlarda bradzot xəstəliyinə qarşı mübarizə tədbirləri - fermerlərə tövsiyə
2024-04-25 00:00:00
Bradzotla təbii şəraitdə ancaq qoyunlar xəstələnirlər. Xüsusilə 2 yaşa qədər heyvanlar daha çox həssasdır. Xəstəlik ilin bütün fəsillərində, əsasən yaz və payız fəsillərində daha çox müşahidə olunur. Xəstəliyin baş verməsinə yem rasionunun birdən-birə dəyişməsi, yeni göyərmiş otun həddən artıq çox qəbul edilməsi və s kimi amillər səbəb olur. Bradzot xəstəliyi hər il otlaq sahələrində, xüsusilə otların göyərməsi, çiçəklənməsi yağışdan, şehdən sonra heyvanların otarılması zamanı müşahidə edilir. Bəzən heyvanlar durğun sularda suvarıldıqda və donmuş yemlə yemləndikdə xəstəlik baş verir. Bradzot xəstəliyi kök və azhərəkətli qoyunlarda daha çox müşahidə edilir.
Yoluxma yolları:
Əsas yoluxma yolu alimentar yoldur. Xəstəlik törədicisinin sporları ilə çirklənmiş yem və suyun qəbulu zamanı yoluxma baş verir.
Kiliniki əlamətləri:
- bradzot xəstəliyi zamanı kliniki olaraq sağlam görünən qoyunların qəflətən ölümü müşahidə edilir;
- ölümdən əvvəl heyvanlarda bəzən güclü sinir tutmaları, görünən selikli qişaların hiperemiyası, konyunktivit, timpaniya və ağızdan köpüklü maye axması müşahidə edilir;
- xəstəlik zamanı temperaturun 40-41°C-yə qədər yüksəlməsi, ümumi halsızlıq, nəbz və tənəffüsün tezləşməsi, ağız və burundan köpüklü maye axması görünür;
- bəzən qoyunlarda qanlı ishal, tez-tez sidik ifrazı, timpaniya, sancı yaranır, konyunktiva hiperemiyalaşır, heyvan dişlərini xırçıldadır;
- heyvanda hərəkət çətinləşir. Bəzən sinir pozğunluğu əlamətləri, xüsusilə narahatlıq, oyanıqlıq, dairəvi və tullanma hərəkətləri müşahidə edilir. Heyvan yerə yıxılır, ətrafları ilə üzmə hərəkətləri edir;
- sonra oyanma tədricən ümumi zəifliklə əvəz olunur. Qoyunlar ayaqları açılmış və başı arxaya əyilmiş halda yerdə uzanır. Ölüm adətən 8-14 saatdan sonra, bəzən isə 3-5 gündən sonra baş verir;
- bradzotdan ölmüş heyvan cəsədində 3-5 saatdan sonra güclü köpmə müşahidə edilir və tez çürümə gedir. Təbii dəliklərdən qanlı-köpüklü maye axır. Baş, boyun və döş nahiyənin dərialtı toxumasına serozlu hemorroji infiltrat hopur. Yun asanlıqla yolunur. Görünən selikli qişalar sianozlaşır.
Profilaktikası və mübarizə tədbirləri:
- xəstəliyə görə epizootik cəhətdən qeyri-sağlam ərazilərdə xəstəliyin mövsümi xüsusiyyətləri nəzərə alınaraq profilaktiki peyvəndləmə planı tərtib edilməlidir;
- peyvəndləmə baytar həkiminin nəzarəti altında, peyvənd vasitəsinin təlimatına ciddi əməl edilərək aparılmalıdır.
Profilaktik vaksinasiya yaz və payızda heyvanların otlaq sahəsinə keçirilməsinə 30-45 gün qalmış aparılmalıdır. Vaksinasiyadan sonra heyvanlara 14 gün ərzində antibiotik tətbiq etmək qəti qadağandır.
Heyvanlarda göstərilən xəstəlik əlamətləri müşahidə edildikdə dərhal rayon Heyvan Saglamlıgı və Baytarlıq Xidmətləri idarələrinə məlumat verilməlidir. Baytarlıq mütəxəssisləri ilə birlikdə xəstəliyin qarşısının alınması və ləğv edilməsi istiqamətində baytarlıq sanitariyası tədbirləri hazırlanaraq həyata keşirilməli, dezinfeksiya işləri aparılmalıdır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda bradzota qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır