Yevlaxda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
2024-04-29 00:00:00
İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyalar nümayiş olunub
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərşəkər” MMC, “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsi keçirilib.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şirkətlərin rəhbərləri və fermerlər iştirak ediblər.
500-ə yaxın qonağın iştirak etdiyi müşavirənin keçirilməsində əsas məqsəd son dövrlərdə dünyada baş verən qlobal istiləşmənin kənd təsərrüfatına mənfi təsirlərinin azaldılması baxımından iqlim dəyişikliyinə adaptasiya edən nəmlik qoruyucu texnologiyaların və innovativ yeniliklərin ölkə ərazisində geniş tətbiq edilməsi, ətraf mühitin qorunması, quraqlıqdan əziyyət çəkən bölgələrdə fəaliyyət göstərən fermerlərin bilik və bacarıqlarının artırılması, həmçinin iri fermer təsərrüfatları və aqroparklar tərəfindən bu sahədə əldə edilmiş təcrübələrin bölüşdürülməsidir.
Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, son illərdə Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək dövlət diqqəti nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahədə keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb və ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi prosesində mühüm addımlar atılıb. Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyinin artırılması, məhsul istehsalçılarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı imzaladığı Sərəncam və verdiyi tapşırıqlar bu sektorda istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirib. Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini xatırladan nazir müavini əlavə edib ki, bu mötəbər tədbirin ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq: “Bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək”.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, aqrar sahədə tətbiq olunan yeniliklər, innovativ texnikalardan geniş istifadə məhsuldarlığı dəfələrlə artırır, torpaq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, fermerlər daha çox gəlir əldə edirlər. Məhz bu səbəbdən fermerlərin innovativ kənd təsərrüfatı texnikalarına marağı artır. Tədbir iştirakçılarının diqqətinə çatdırlıb ki, fermerlərimizin bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından geniş istifadə etməsi Azərbaycanda aqrar sahənin inkişafına öz töhfəsini vermiş olacaq.
“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev “Mzuri” texnologiyasının üstünlükləri barədə məlumat verib. Bildirib ki, “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanılması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
“Gilan Pivot” MMC-nin baş direktoru Ruslan Ələskərov kənd təsərrüfatı sahəsində “Dragon-Line” texnologiyasının tətbiq edilməsinin əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, “Dragon-Line” pivot və damcılı suvarma sisteminin sintezi olan yeni nəsil hibrid suvarma sistemidir. Bu suvarma sistemindən istifadə suya və elektrik enerjisinə 20-50 faizə qədər qənaət edir, torpağın kipləşməsini, qaysaqlamasını və suyun səthi axınlarını azaldır, anitemperatur dəyişikliklərində bitki şokunun qarşısını alır.
Müşavirədə kənd təsərrüfatı sahəsində tətbiq olunan innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri, orqanik gübrələr və biopreparatlar nümayiş etdirilib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır