Yaz fəslində heyvanlarda yemdən zəhərlənmələrin qarşısının alınmasına dair tövsiyələr
2024-04-29 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi(AXA) heyvandarlıqla məşğul olan sahibkarların nəzərinə çatdırır ki, yaz fəslinin gəlməsi ilə əlaqədar heyvanlar tövlə şəraitindən otlaq sahələrinə çıxarılır. Bu zaman bəzən heyvanlarda zəhərlənmələr və ölüm halları baş verir. Bunun qarşısını almaq üçün fermerlər aşağıda qeyd edilən ilkin tövsiyələrə əməl edərlərsə, mövsümlə əlaqədar kənd təsərrüfatı heyvanlarında baş verə bilən zəhərlənmələrin qarşısını ilkin olaraq almış olarlar.
Bildiririk ki, kənd təsərrüfatı heyvanlarının zəhərlənmələri baytarlıqda, kənd təsərrüfatında və sənayedə tətbiq edilən mineral və kimyəvi maddələrdən, bitkilərdən (alkaloidlər, qlükozidlər, şehli otlar və s.), həmçinin heyvanları kiflənmiş, xarab olmuş yemlərlə yemləndirdikdə, bəzi yemlərdən (kartof, çuğundur, pambıq cecəsi və s.) düzgün istifadə olunmadıqda baş verə bilər. Yemlərdən düzgün istifadə olunmaması da heyvanlarda ağır zəhərlənmələrə və kütləvi ölümə səbəb ola bilər.
Zəhərlənmələr zamanı heyvanda zəiflik, tənəffüsün tezləşməsi, əzələ titrəməsi, bədən temperaturunun aşağı düşməsi, həyəcanlanma, qıcolma, göz bəbəklərinin genişlənməsi, ürək ritminin zəifliyi, ishal, qusma əlamətləri müşahidə olunur.
Zəhərlənmələrin profilaktikası, yəni baş verməsinin qarşısının alınması çəmən və otlaqlarda zəhərli alaq bitkiləri ilə mübarizə zamanı tətbiq olunan dərmanların düzgün saxlanılmasından, istifadə olunmasından və yemlərin düzgün tədarük edilməsindən ibarətdir.
Zəhərlənmə zamanı heyvanlar arasında timpaniya (köpmə) baş verə bilər. Heyvanlara qıcqırmış, xarab olmuş, turşumuş yemlər verildikdə, onları acqarına təzə şehli üç yarpaq yonca sahəsinə, təzə şehli xəsilə, qanqala və s. buraxdıqda iti timpaniya baş verə bilər. Bu zaman heyvanın qarnının həcmi böyüyür, vaxtında müalicə və ya operativ müdaxilə olunmadıqda heyvan boğulmadan (asfiksiyadan) ölür. Heyvanı xilas etmək üçün baytar mütəxəssisinin göstərişi və iştirakı ilə işkəmbəyə zond salınır, quru kömür və ya süd verilməklə masaj edilir, nəticə müsbət olmadıqda çarəsiz halda sol aclıq boşluğundan işkəmbə troakarla deşilir və içəridəki qazlar xaric edilir. Eləcə də mədə-bağırsaq yolunu boşaltmaq üçün işlətmə dərmanları verilir. Müalicə dövründə heyvanlara yem verilmir.
Timpaniyanın baş verməməsi üçün yemlərin keyfiyyətinə, yemlənmə qaydalarına nəzarət etmək, heyvanların saxlanılmasını düzgün təşkil etmək və otlaqları düzgün seçmək lazımdır.
Zəhərlənməyə qarşı aparılacaq müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, heyvanlarda zəhərlənməyə qarşı aparılan müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır