Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarlara müraciət edib
2019-12-27 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) fermer və sahibkarlara müraciət edib. Müraciətdə qeyd olunub ki, AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi zərərsizləşdirmə (dezinseksiya, dezinfeksiya, deratizasiya) üzrə xidmətləri həyata keçirir. Bildirilib ki, zərərsizləşdirmə (fumiqasiya) müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.
“Bildiririk ki, zərərverici həşəratlara məsulların istər istehsal, istərsə də saxlanma yerlərində rast gəlinir. Onlara qarşı öz imkanlarınız daxilində aparılan mübarizə tədbirlərində lazımı nəticə əldə etmək mümkün deyildir. Həşəratlarla effektiv mübarizə aparmaq üçün peşəkarların yardımına ehtiyac duyulur, belə ki, həşəratların məhv edilməsi müasir mübarizə üsulları və avadanlıqları ilə aparılmalıdır. Mərkəzin mütəxəssislərinin yüksək peşəkarlığı, təcrübəsi, müasir maddi-texniki bazaya malik olması zərərsizləşdirmə (fumiqasiya) üzrə xidmətləri istənilən həcmdə, istənilən şəraitdə və miqyasda olan obyektlərdə həyata keçirməyə imkan verir”, - deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, 2019-cu ilin 11 ayı ərzində sahibkarların müraciəti əsasında 236231 ton dənli və dənli-paxlalı, texniki bitkilərin məhsulları, yemlər və digər məhsullar, 350248 m3 meşə materialları, 2709528 m3 istehsal və saxlanma yerləri fumiqasiya edilib.
Sahibkarlar operativ və keyfiyyətli fumiqasiya tədbirlərini həyat keçirmək məqsədi ilə Aqrar Xidmətlər Agentliyinin Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinə (1652 çağrı mərkəzi) müraciət edə bilərlər.
Qeyd edək ki, fumiqasiya (zərərsizləşdirmə) tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 dekabr 260 nömrəli qərarı ilə təsdiq edilmiş ‘’Azərbaycan Respublikası ərazisində karantin nəzarətində olan materialların zərərsizləşdirilməsi Qaydasına” uyğun olaraq həyata keçirilir. Fumiqasiya tədbirlərini KTN yanında AXA-nın Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi tərəfindən aparılır və xüsusi təhlükəli maddələr olduğuna görə qeyri-dövlət fitosanitar subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır