Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili mövzusunda respublika elmi-praktik konfransı keçirilib
2024-05-14 00:00:00
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olun “Beynəlxalq Bitki Sağlamlığı Günü: Dayanıqlı Kənd Təsərrüfatında Bitki Amili” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfrans Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Bitkiçiliyin təşkili və monitorinqi şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi, Aqrar Xidmətlər Agentliyi, EGE Universitetinin Kənd təsərrüfatı fakültəsi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Lənkəran Dövlət Universiteti və “Azərpambıq ASK” MMC-nin tərəfdaşlığı ilə baş tutub.
Gəncə Heydər Əliyev Mərkəzində keçirilən konfransda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzinin qarşısında yerləşən abidəsini ziyarət edib önünə tər gül dəstələri düzüblər.
Sonra Mərkəzin foyesində Aqrar Universitetin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.
Çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov konfransın əhəmiyyətini diqqətə çatdıraraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki ADAU) diqqət və qayğısından bəhs edib. Rektor bildirib ki, Ümummilli Liderin ölkənin yеganə ali aqrar təhsil müəssisəsinə göstərdiyi diqqət və qayğı 20 ildən artıqdır ki, Heydər Əliyevin ən layiqli davamçısı, cənab Prеzidеnt İlham Əliyеv tərəfindən ən yüksək səviyyədə davam еtdirilir.
Daha sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Tahir Rzayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, AQTİ-nin Bitki sağlamlığı və risklərin qiymətləndirilməsi şöbəsinin müdiri Eldar Mustafayev, EGE Universitetinin rektoru Necdet Budak video müraciətlə çıxışlar edərək keçirilən konfransın əhəmiyyətindən danışıblar.
Sonda konfrans işini bölmələrdə davam etdirib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır