Nazir Məcnun Məmmədov Kürdəmirdə təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
2024-05-23 00:15:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Kürdəmirdə arıçılıq təsərrüfatına, taxıl sahələrinə, intensiv bağlara baş çəkib, fermerlərlə görüşüb.
Nazir Məcnun Məmmədov əvvəlcə rayonun Karrar kəndində fermer Samir Heydərovun arıçılıq təsərrüfatının fəaliyyəti ilə tanış olub, təsərrüfatda məhsuldarlıq göstəriciləri, məhsulun qablaşdırılması, satışın təşkili məsələləri ilə maraqlanıb. Uzun müddətdir arıçılıqla məşğul olan fermer bildirib ki, hazırda təsərrüfatda 310 arı ailəsi saxlanır, orta məhsuldarlıq 15-30 kiloqram təşkil edir. Təsərrüfatda arılara qulluq sırf orqanik istehsalın tələblərinə uyğun aparılır. Arıçılıq məhsullarının istehsalı və satışında çətinliklə üzləşmədiyini deyən fermer gələcəkdə məhsulların qablaşdırılmasına xüsusi diqqət yetirəcəyini vurğulayıb.
Daha sonra rayonun Muradxan kəndində toxumçuluqla məşğul olan fermer Elşən Hacıyevin 125 hektar sahədə əkilmiş taxıl sahəsinə baxış keçirilib, əkin sahəsində həyata keçirilən aqrotexniki tədbirlər, toxum sortunun düzgün seçilməsi ətrafında fermerlə fikir mübadiləsi aparılıb. Bildirilib ki, məhsuldarlığın artırılması üçün dənli taxıl bitkilərinin, xüsusilə payızlıq buğda və payızlıq arpanın yüksək sortluq və səpin keyfiyyətlərinə malik toxumlarının yetişdirilməsi və istehsalı sahəsində innovasiyaların və müasir texnologiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində nümayəndə heyəti rayonun Sorsor kəndində damazlıq heyvandarlıq təsərrüfatının fəaliyyəti ilə tanış olub. Təsərrüfatda yerli Qaradolaq qoyun cinsindən 1800 baş qoyun saxlanılır. Qaradolaq qoyunları hündürlüyünə, çəkisinin ağırlığına və ət veriminə görə digər yerli cinslərdən fərqlənir, bu səbəbdən fermerlər arasında bu cinsin saxlanıb artırılmasına maraq böyükdür. Fermerlər xalq seleksiyası yolu ilə alınmış Qaradolaq qoyunlarının damazlıq xüsusiyyətlərinin qorunub saxlanmasına və artırılmasına xüsusi diqqət yetirirlər.
Daha sonra Muradxan kəndində salınmış intensiv meyvə bağına baxış keçirilib. 30 ilə yaxın meyvəçiliklə məşğul olan fermer Natiq Qədirov hazırda meyvə bağının sahəsinin 70 hektara çatdırıldığını deyib. Bağın məhsulları xarici bazarlara ixrac olunur, bir hissəsi isə daxili bazara çıxarılır.
Nazir bağda meyvə yığımı prosesi ilə tanış olub, dərman və gübrələrin saxlandığı əraziyə, su anbarına, texnikalara baxış keçirib, tövsiyələrini verib.
Səfər çərçivəsində nümayəndə heyəti rayonun Xırdapay kəndində fermer Xəyal Rəsulovun 200 ha intensiv nar bağında olub, görüşdə bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır