Nazir Məcnun Məmmədov Yevlaxda fermerlərlə görüşüb, təsərrüfatlara baxış keçirib
2024-05-24 00:00:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Yevlaxda intensiv meyvə bağlarına, tingçilik, heyvandalıq təsərrüfatlarına, soğan və pambıq əkin sahələrinə baş çəkib, fermerlərlə görüşüb.
Nazir əvvəlcə rayonun Nemətabad kəndində fermer Abbasqulu Quliyevin pambıq əkini sahəsi ilə tanış olub. Pambıqçılığın gəlirli sahə olduğunu deyən fermer 11 ha sahədə pambıq əkini aparıldığını diqqətə çatdırıb. Açıq səma altında keçirilən görüşdə pambıqçılığın inkişafı, dövlət dəstəyi tədbirləri istiqamətində atılan addımlar müzakirə olunub. Bildirilib ki, pambıqçılığın inkişafı istiqamətində dövlət dəstəyi tədbirləri bu sahəyə marağın yüksəlməsinə, fermerlərin gəlirlərinin artmasına və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.
Görüşlərdə sahələrə aqrotexniki qulluq tədbirləri, yeni əkin üsullarının məhsuldarlığa müsbət təsiri, düzgün toxum seçimi, suvarma məsələləri, müasir suvarma sistemlərindən istifadə imkanları, xəstəlik və zərərvericilərə qarşı mübarizədə tətbiq olunan dərmanların keyfiyyəti, bitki mühafizə tədbirləri və digər mövzularda fikir mübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyəti fermer Abbasqulu Quliyevə məxsus 400 baş xırdabuynuzlu heyvanın saxlandığı heyvandarlıq təsərrüfatında olub, heyvanların saxlanma və bəslənmə şəraiti, göstərilən baytarlıq xidmətinin keyfiyyəti ilə maraqlanıb.
Nazir Məcnun Məmmədov Aran qəsəbəsində yerləşən intensiv meyvə və tingçilik təsərrüfatına baş çəkib, fermerlərlə intensiv bağların genişləndirilməsi, tingçilik sahəsinin inkişafı ilə bağlı müzakirələr aparıb.
Nümayəndə heyəti intensiv üsulla əkilmiş soğan sahəsində olub, məhsuldarlıqla bağlı fermerlərlə fikir mübadiləsi aparıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları bildirib ki, məhsuldar toxumların səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi nəticəsində sahələrdə bol məhsul yetişib. Fermerlər məhsulların daşınması və ixracı ilə bağlı çətinliklərin olmadığını, bu il soğan ixracından daha çox gəlir əldə edəcəklərini bildiriblər.
Daha sonra Qoyunbinəsi kəndində camışçılıq təsərrüfatına baxış keçirilib, fermerlə bu sahənin inkişafı ilə bağlı söhbətlər aparılıb.
Görüşlərdə fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib, kənd təsərrüfatı məhsul istehsalçıları dövlətin məhsul istehsalının artırılması ilə bağlı əkinçilərə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır