Toxumluq taxıl sahələrində aprobasiyanın aparılmasına dair praktiki təlim keçirilib
2024-05-30 00:00:00
Taxıl toxumçuluğu üzrə təsərrüfatların toxumluq əkinlərində aprobasiya prosesinə hazırlıqla bağlı tədbirlərə başlanılmışdır. Belə ki, Salyan rayonunda ətraf rayonların aprobasiya prosesinə cəlb edilmiş mütəxəssislərin iştirakı təmin olunmaqla aprobasiya prosesi üzrə nəzəri və praktiki biliklərin inkişaf etdirilməsi, aprobasiyaya hazırlığın təmin edilməsi, habelə aprobasiya prosesində şəffaflığın qorunması və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılma qaydaları” mövzusunda praktiki təlim keçirilib. Təlimdə Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin əməkdaşları və bölgənin toxumçuluq üzrə mütəxəssisləri iştitak edib.
Salyan Dövlət Sort-Sınaq Məntəqəsində iştirakçılar tərəfindən taxıl sahələrinə baxış keçirilib və Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Fikrət Feyziyev tərəfindən aprobasiyanın həyata keçirilməsi mexanizmi, sort təmizliyinin müəyyən edilməsi, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsinin, məhsuldarlığının düzgün təyin edilməsi üsulları, aprobasiya aktının tərtibi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.
Tədbir iştirakçılarına bukletlər və lazımi informasiya materialları paylanılıb və onları maraqlandırılan suallar ətraflnda müzakirələr aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır