Noxud bitkisinin antraknoz xəstəliyi və ona qarşı mübarizə tədbirləri
2024-06-03 00:00:00
Antraknoz xəstəliyi bir çox bitkilərdə (üzüm, çiyələk, qarağat, moruq, lobya, kartof, pomidor, qabaq, zeytun, qoz və s.) olduğu kimi noxud bitkisinin də ən təhlükəli xəstəliklərindən biri hesab edilir. Yazda və yayın əvvəllərində davamlı olaraq yağıntıların yağdığı ərazilərdə, havanın nisbi rütubətinin yüksək olduğu istixanalarda, həmçinin tez-tez suvarılan sahələrdə xəstəliyin yayılması üçün əlverişli şərait yaranmış olur. Əkin zamanı xəstəliklə sirayətlənmiş toxumdan istifadə edilərsə, yaxud əkin əvvəlki il xəstəlik müşahidə edilmiş yerlərdə aparılarsa, bu halda həmin sahələrdə xəstəlik sürətlə yayıla və 100%-dək məhsul itkisinə səbəb ola bilər. Respublikamızda noxud əkilən əksər bölgələrdə xəstəliyə rast gəlinir.
Əlamətləri: Xəstəlik noxud bitkisinin gövdə, yarpaq və toxum kapsullarında ləkələrin əmələ gəlməsi ilə özünü büruzə verir. Belə ki, xəstəliyə yoluxmuş bitkinin gövdə və budaqlarında müxtəlif ölçüdə açıq qəhvəyidən qaramtıl tünd qəhvəyi rəngə qədər, yarpaqlarında isə kənarları sarı rəngdə olan dairəvi ləkələr müşahidə edilir. Gövdə və budaqlar həmin ləkəli yerlərdən qoparaq qısa zamanda quruyurlar. Toxum kapsullarının üzərində iç-içə dairəvi ləkələr əmələ gəlir, bu ləkələrin səthində göbələklərin qara piknidləri müşahidə olunur. Xəstəlik səbəbindən bitkilərin quruması hesabına sahədə ocaqlar halında boşluqlar əmələ gəlir.
Mübarizə üsulları:
Aqrotexniki mübarizə:
- Toxumlar sağlam bitkilərdən əldə edilməlidir;
- 2-3 illik növbəli əkin dövriyyəsinə əməl edilməlidir;
- Məhsul yığıldıqdan sonra toxumlar 7-8 gün ərzində günəş şüası altında yaxşı qurudulmalı və anbarda ayrı saxlanılmalıdır;
- Sahədə xəstəlik ilk dəfə müşahidə edildiyi zaman sirayətlənmiş noxud bitkiləri sahədən dərhal çıxarılmalı və məhv edilməlidir.
- Toxumların normal dərinliyə əkilməsi təmin edilməlidir;
- Xəstəliyə davamlı sortlara üstünlük verilməlidir.
Kimyəvi mübarizə:
Xəstəliyə qarşı kimyəvi mübarizə toxumların və vegetasiya dövründə bitkinin dərmanlanması yolu ilə həyata keçirilir:
- Toxumun dərmanlanması: Dərmanlama toxumların əkildiyi gün aparılmalıdır. Belə ki, əkindən 3-4 saat əvvəl toxumsəpən maşından istifadə edərək əkiləcək toxumlar 5 dəqiqə, əl ilə səpiləcək toxumlar isə 15 dəqiqə su ilə isladılmalı, daha sonra yarım saat ərzində sərgi üzərində yayılaraq havalandırılmalı və dərmanlanaraq həmin gün əkilməlidir.
- Bitkinin dərmanlanması: Bitkinin yarpaq və budaqlarında 2-3 mm ölçüdə dairəvi və ya uzunsov qəhvəyi ləkə müşahidə edildikdə dərmanlama aparılmalıdır. Həmçinin, gündəlik orta temperaturun +100C, havanın nisbi rütubətinin 80%-dən yuxarı olması bitkilərin xəstəliyə yoluxması üçün əlverişli şərait yaratdığından bu hal da dərmanlamağa başlanılması üçün əsas yarada bilər. 7-10 gün fasilə ilə xəstəliyin yayılma səviyyəsinə və hava şəraitinə uyğun olaraq 2-5 dəfə dərmanlama aparılmalıdır.
Dərmanlamadan sonra yağış yağdığı halda yenidən dərmanlama aparmaq lazımdır. Yoluxmanın adətən yarpağın alt hissəsindən başlandığını nəzərə alaraq bu hissələrin dərmanlanmasına xüsusi diqqət edilməli, ümumilikdə bitkinin bütün hissələrinin dərmanlanması təmin olunmalıdır.
Kimyəvi mübarizədə aşağıdakı dərmanlardan istifadə edilə bilər:
Təsiredici maddə |
Norması |
Son dərmanlama ilə məhsul yığımı arasındakı müddət
|
0.75 l/ha |
7-21 gün |
|
0.8 l/ha |
14 gün |
|
200 qr/l Azoxystrobin + 150 qr/l Prothioconazole |
1 l /ha |
14 gün |
250 qr/l Prochloraz + 75 qr/l Trifloxystrobin+50 qr/l Cyproconazole |
0.5 l/ha |
42 gün |
200 qr/l Tebuconazole + 120 qr/l Azoxystrobin |
0.5 l/ha |
28 gün |
0.5 kq/ha |
10 gün |
|
300 qr/100 kg toxum
|
|
|
80% Kükürd |
300 qr/100 l su |
|
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır