Nazir Məcnun Məmmədov Tacikistanda ikitərəfli görüşlər keçirib
2024-06-12 00:30:00
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Düşənbədə 2018-2028-ci illər üzrə “Davamlı İnkişaf üçün Su” Beynəlxalq Onillik Fəaliyyətə dair III Yüksək Səviyyəli Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüşlər keçirib.
Nazir Məcnun Məmmədovun Tacikistanın kənd təsərrüfatı naziri Kurbon Hakimzoda ilə görüşündə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. Məcnun Məmmədov bildirib ki, zəngin kənd təsərrüfatı potensialı və təbii ehtiyatları olan hər iki ölkə aqrar sahədə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İki ölkənin mütəxəssislərindən ibarət birgə işçi qrup aqrar sahədə əməkdaşlıqla bağlı sazişin səmərəli həyata keçirilməsini təmin edir.
Görüşdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, rəqəmsallaşma, elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi və digər məsələlər müzakirə olunub. Nazir Məcnun Məmmədov əlverişli nəqliyyat infrastrukturundan istifadə edərək kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin şaxələndirilməsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib. Görüşdə özəl sektorun investisiyası ilə birgə aqrar emal müəssisələrinin yaradılmasının əməkdaşlıq üçün perspektiv istiqamətlərdən olduğu vurğulanıb. Hər iki ölkənin sahibkarlarının sənaye zonalarında güzəştlərdən yararlanması üçün imkanların olduğu bildirilib. Görüş zamanı beynəlxalq sərgilərdə qarşılıqlı fəal iştirak və birgə aqrobiznes forumlarının təşkilinin iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirəcəyi vurğulanıb.
Görüşdə Azərbaycanın aqrar sektorun rəqəmsallaşdırılması və kənd təsərrüfatı sığortası sahəsində uğurlu təcrübəsini Tacikistanla bölüşməyə hazır olduğu vurğulanıb. Tacikistandan olan tələbələrin Azərbaycan Dövlət Aqrar Universitetinin təhsil proqramlarından yararlana biləcəyi diqqətə çatdırılıb.
Tacikistanın kənd təsərrüfatı naziri Kurbon Hakimzoda öz növbəsində aqrar sahədə Azərbaycan təcrübəsini öyrənməkdə maraqlı olduqlarını vurğulayıb, gələcəkdə bu sahədə həm elmi, həm də təcrübə mübadiləsi baxımından iki ölkənin müvafiq dövlət və özəl qurumları arasında əməkdaşlığın genişləndirilməsinin mümkünlüyünü qeyd edib.
Daha sonra nazir Məcnun Məmmədov Anqolanın xarici işlər nazirinin müavini Domingos Custódio Vieira Lopes ilə görüşüb. Domingos Custódio Vieira Lopes Anqola Prezidentinin bu ilin noyabrında Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakında maraqlı olduğunu ifadə edib.
Səfər çərçivəsində Nazir Məcnun Məmmədov və Özbəkistan Prezidentinin Aqrar inkişaf məsələləri üzrə köməkçisi Şuxrat Qaniyev, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev arasında görüş keçirilib. Görüşlərdə Azərbaycan və Özbəkistan, Eləcə də Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi, aqrar sahənin dayanıqlı inkişafının təmin edilməsi, innovativ əkinçilik təcrübələri, iqlim dəyişikliklərinin təsirlərinin minimuma endirilməsi istiqamətlərində təcrübə mübadiləsinin aparılmasının vacibliyi qeyd olunub.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır