Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair yaradılmış İşçi Qrupunun 8-ci iclası keçirilib
2024-06-14 00:00:00
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanının icrası məqsədilə yaradılmış İşçi Qrupunun 8-ci iclası keçirilib.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun sədrlik etdiyi iclasda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı, İqtisadiyyat, Maliyyə nazirliklərinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin, Azərbaycan Dövlət Su Ehtiyatları, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları agentliklərinin və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin məsul şəxsləri iştirak ediblər.
İclasda ərzaqlıq buğda proqramının 2022-2023 və 2023-2024 təsərrüfat ili çərçivəsində icra vəziyyəti təhlil edilib, pivot suvarma sistemləri qurmaq üçün yeni müraciət etmiş fermerlərin üzləşdikləri çətinliklər, infrastruktur (suvarma suyu və elektrik enerjisi) təminatı, 2024-cü ilin məhsulu üçün ərzaqlıq buğdanın tədarükünün təşkili və ərzaqlıq buğda proqramının icrası çərçivəsində qarşılaşılmış digər məsələlərin müzakirəsi aparılıb və bu məsələlərin həlli istiqamətində qərarlar qəbul edilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır