“Çiyələk bitkisinin becərilməsi və aqrotexniki qulluq qaydaları” mövzusunda təlim təşkil olunub
2026-03-03 14:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən keçirilən maarifləndirici təlimdə ümumilikdə 87 nəfər iştirak edib. Təlim Lənkəran Regional Təlim Mərkəzinin əməkdaşı Rahim Bağırov tərəfindən aparılıb.
Tədbirin əsas məqsədi çiyələk istehsalı ilə məşğul olan və bu sahəyə yeni başlayan fermerlərin bilik və bacarıqlarını artırmaq, məhsuldarlığın yüksəldilməsi və keyfiyyətli məhsul istehsalı üçün müasir aqrotexniki qaydalar barədə iştirakçıları məlumatlandırmaq olub.
Təlim çərçivəsində çiyələk bitkisinin mənşəyi və morfoloji xüsusiyyətləri izah edilib, onun bioloji xüsusiyyətlərinin düzgün öyrənilməsinin yüksək məhsuldarlığın əsas şərtlərindən biri olduğu vurğulanıb. Torpaq və sahə seçiminin əhəmiyyəti qeyd edilərək, münbit, yüngül mexaniki tərkibli və yaxşı su keçiriciliyə malik torpaqların daha əlverişli olduğu bildirilib. Əkin öncəsi torpağın hazırlanması, dərin şumlanma və üzvi-mineral gübrələrin tətbiqi qaydaları ətraflı izah olunub.
Həmçinin optimal əkin vaxtı və düzgün əkin sxeminin seçilməsi, vegetasiya dövründə suvarma və balanslaşdırılmış gübrələmə proqramının tətbiqinin məhsuldarlığa birbaşa təsiri diqqətə çatdırılıb.
Alaqlarla və bığcıqlarla mübarizə, sahənin təmiz saxlanılması, xəstəlik və zərərvericilərə qarşı profilaktik tədbirlər, pestisidlərin düzgün tətbiqi qaydaları izah edilib. Mülçlama üsulunun torpaqda nəmliyin qorunması, alaq otlarının azalması və məhsulun təmiz saxlanılması baxımından üstünlükləri qeyd olunub.
Sonda çiyələk sortları barədə ümumi məlumat təqdim edilərək, iqlim şəraitinə uyğun sort seçiminin məhsuldarlıq və bazar tələbinə cavab verən məhsul istehsalında mühüm rol oynadığı bildirilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu kimi tədbirlərin təşkili regionlarda fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir aqrotexniki üsulların tətbiqinin genişləndirilməsinə və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək göstərməyə xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır