Əməkdaşlar üçün ADA Universitetinin aqrar təhsil imkanları ilə bağlı məlumat sessiyası təşkil olunub
2026-03-16 10:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən qurumun əməkdaşları üçün ADA Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri Fakültəsinin təhsil proqramları ilə bağlı məlumat sessiyası təşkil olunub. Sessiyanın məqsədi əməkdaşları fakültənin təhsil imkanları, qəbul şərtləri və karyera perspektivləri barədə məlumatlandırmaq olub.
Görüş çərçivəsində fakültənin dekanı Matteo Vittuari onlayn formatda iştirak edərək fakültənin fəaliyyəti, tədris istiqamətləri və beynəlxalq əməkdaşlıqları barədə ümumi təqdimatla çıxış edib. O, kənd təsərrüfatı və qida sistemlərinin idarə olunması sahəsində müasir yanaşmaların əhəmiyyətindən danışaraq bu istiqamətdə ixtisaslı kadr hazırlığının vacibliyini vurğulayıb.
Sessiyada həmçinin qida texnologiyaları üzrə professor Səidə Əliyeva, ADA Universitetinin Tələbə qəbulu şöbəsinin rəhbəri Aytəkin Hüseynova iştirak edərək müxtəlif mövzular üzrə təqdimatlar ediblər. Çıxışlar zamanı fakültədə tədris olunan bakalavr və magistr proqramları, təhsil prosesinin xüsusiyyətləri, beynəlxalq akademik mühit, tələbələr üçün yaradılan imkanlar, gələcək karyera perspektivləri və qəbul prosedurları barədə ətraflı məlumat verilib.
Tədbir zamanı İtaliyanın Bolonya Universiteti ilə birgə həyata keçirdiyi ikili diplomlu magistr proqramı, “Master of Agricultural and Food Systems Management” haqqında da xüsusi təqdimat keçirilib. Bildirilib ki, bu proqram tələbələrə həm beynəlxalq səviyyədə tanınan diplom əldə etmək, həm də kənd təsərrüfatı və qida sistemlərinin idarə olunması sahəsində qabaqcıl bilik və bacarıqlar qazanmaq imkanı yaradır.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi tərəfindən bu kimi tədbirlərin təşkili əməkdaşların yeni inkişaf proqramları ilə tanış olması, həmçinin beynəlxalq təhsil və təcrübə imkanları barədə daha ətraflı məlumat əldə etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır