Lənkəranda torpaqda yaranan xəstəliklər və zərərvericilərə qarşı mübarizə tədbirlərinə həsr olunmuş elmi-praktiki təlim keçirilib
2026-03-17 15:00:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran Regional Təlim Mərkəzində “Torpaqda olan xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri” mövzusunda elmi-praktiki təlim keçirilib. Təlimdə tələbələr, eləcə də bölgədə fəaliyyət göstərən fermerlər iştirak ediblər.
Təlimin məqsədi torpaqda yaranan xəstəliklərin və zərərvericilərin kənd təsərrüfatı məhsullarına təsiri, onların vaxtında aşkar edilməsi və effektiv mübarizə üsulları barədə iştirakçıların bilik və bacarıqlarını artırmaq olub.
Proqram Lənkəran Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Məmmədhüseyn Hüseynov tərəfindən aparılıb. O, çıxışı zamanı torpaq xəstəliklərinin yaranma səbəbləri, bitkilərə zərər verən əsas zərərverici növləri və onların qarşısının alınması yolları haqqında ətraflı məlumat verib. Bildirilib ki, düzgün aqrotexniki tədbirlərin tətbiqi, torpaq analizlərinin aparılması və müasir mübarizə metodlarından istifadə məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Tədbirin davamında mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Müzakirələr zamanı sahələrdə qarşılaşılan real problemlər və onların həlli yolları, torpaq sağlamlığının qorunması və zərərvericilərə qarşı vaxtında müdaxilənin əhəmiyyəti barədə tövsiyələr verilib. Bu isə təlimin daha interaktiv və faydalı keçməsinə imkan yaradıb.
Aqrar Təlim Mərkəzi tərəfindən təşkil edilən bu cür təlimlərin keçirilməsi tələbələrin, fermerlərin və aqrar sahəyə marağı olan şəxslərin maarifləndirilməsi, həmçinin kənd təsərrüfatında daha səmərəli və davamlı fəaliyyətin təmin olunmasına mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır