Akvakultura sahəsinin inkişafı və balıqçılıq təsərrüfatlarının əhəmiyyətinə dair görüş keçirilib
2026-03-18 10:10:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda akvakultura sahəsinin inkişaf perspektivləri və balıqçılıq təsərrüfatlarının əhəmiyyəti mövzusunda” maarifləndirici tədbir keçirilib. Neftçala rayonunda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının nümayəndələrinin, fermer və sahibkarların, Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrin, Bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə balıqçılıq təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi və balıqçılıq təsərrüfatlarının təşkili, akvakultura sahəsində səmərəli idarəetmə və ekoloji yanaşmalar barədə ətraflı məlumat verilib.
Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, mavi iqtisadiyyatın əsas prioritet istiqaməti olan davamlı balıqçılıq və akvakultura məsələləri, biomüxtəlifliyin qorunması barədə ətraflı məlumat verib, rayon üzrə ayrılmış su limitinə uyğun suyun idarə olunması barədə bir sıra məqamları diqqətə çatdırılıb.
Aqrar Xidmətlər Agentliyinin Balıq sağlamlığı və məhsuldarlığının təşkili şöbəsinin müdiri Elçin Məmmədov çıxış edərək, balıqçılıq təsərrüfatlarının yaradılması, balıqların yetişdirilməsi texnologiyaları, yemləmək və qulluq qaydaları, balıq xəstəlikləri, profilaktiki tədbirlər və təsərrüfatlarda sanitariya qaydaları barədə ətraflı məlumat verərək maarifləndirici istiqamətdə fikir mübadiləsi aparıb.
Akvakulturanın inkişafı, balıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində qeyd olunan maarifləndirici məlumatlar ətrafında yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparılıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır