Salyanda “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinin təşkili” mövzusunda sahə görüşü keçirilib
2026-03-18 12:08:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Salyan rayonunda fermerlər üçün “Kənd təsərrüfatı texnikalarının səmərəli istifadəsinin təşkili” mövzusunda sahə görüşü keçirilib.
Görüşün məqsədi fermerlərin texnikadan düzgün, təhlükəsiz və effektiv istifadəsi ilə bağlı nəzəri biliklərini artırmaq, onların praktiki bacarıqlarını inkişaf etdirmək, eyni zamanda texnikanın istismarında müasir yanaşmaların tətbiqini təşviq etməklə məhsuldarlığın yüksəldilməsinə və resurslardan daha səmərəli istifadəyə nail olmaq olub.
Tədbir çərçivəsində iştirakçılara müasir aqrotexniki yanaşmalar, kənd təsərrüfatı texnikalarının düzgün istismarı, eləcə də resurslara qənaət üsulları barədə geniş və ətraflı məlumat təqdim edilib. Mütəxəssislər tərəfindən texnikaların istismar müddətinin uzadılması, yanacaq sərfiyyatının minimuma endirilməsi və məhsuldarlığın artırılması yolları praktiki nümunələrlə izah olunub. Bununla yanaşı, iştirakçıların sualları cavablandırılıb, real təcrübələr üzərindən müzakirələr aparılıb.
Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda bu kimi görüşlərin təşkili kənd təsərrüfatında səmərəliliyin artırılmasına, fermerlərin peşəkar bacarıqlarının inkişafına və ümumilikdə aqrar sahənin daha dayanıqlı inkişafına mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır