Lənkəranda “Toxum səpini və bitkilərə aqrotexniki qulluq qaydaları” mövzusunda maarifləndirici təlim keçirilib
2026-04-01 11:37:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə fermerlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş maarifləndirici təlimlər davam edir. Növbəti təlim Lənkəran rayonunun Siyavar kəndində “Toxum səpini və bitkilərə aqrotexniki qulluq qaydaları” mövzusunda keçirilib.
Təlimin əsas məqsədi fermerlərə müasir əkinçilik metodlarını aşılamaq, düzgün toxum seçimi və səpin texnologiyalarını izah etmək, həmçinin bitkilərin inkişaf mərhələlərində tətbiq olunan aqrotexniki qulluq qaydaları barədə onların biliklərini artırmaq olub. Bununla yanaşı, tədbir kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, resurslardan səmərəli istifadə və dayanıqlı istehsalın təşviqinə dəstək vermək məqsədi daşıyıb.
Təlimdə iştirak edən fermerlərə müasir əkinçilik üsulları, düzgün toxum seçimi, səpin texnologiyaları və vegetasiya dövründə bitkilərə göstərilən aqrotexniki qulluq qaydaları barədə ətraflı məlumat verilib. Mütəxəssislər qeyd ediblər ki, yüksək məhsuldarlığın əldə olunması üçün toxumun keyfiyyəti, səpin vaxtının düzgün müəyyənləşdirilməsi və sahəyə uyğun aqrotexniki tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Tədbirin davamında fermerləri maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu kimi təlimlər mütəmadi xarakter daşıyır və ölkənin müxtəlif regionlarında davamlı şəkildə həyata keçirilir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır