Bioloji mübarizənin tətbiqində Türkiyə təcrübəsi öyrənilir
2026-04-02 14:21:00
Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sahəsində strateji tərəfdaşlığın inkişafı çərçivəsində Türkiyə Respublikasının Kənd və Meşə Təsərrüfatı Nazirliyinin Karadeniz Kənd Təsərrüfatı Tədqiqat İnstitutunun nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Səfər çərçivəsində TAGEM Karadeniz Tarımsal Araştırma institutunun direktoru İlyas Deligözün rəhbərliyi ilə nümayəndə heyəti Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri ilə görüş keçirib. Görüş zamanı türkiyəli mütəxəssislər “Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları” mövzusunda təqdimatla çıxış edərək, bu zərərvericiyə qarşı tətbiq olunan müasir bioloji mübarizə metodları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, bioloji mübarizənin tətbiqində Türkiyə təcrübəsinin öyrənilməsinə dair müzakirələr aparılıb.
Nümayəndə heyəti həmçinin, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzində entomofaqların istehsalı sahəsi ilə tanış olub. Baxış zamanı bioloji agentlərin, o cümlədən samuray arısının artırılması prosesində mərkəzin maddi-texniki bazası yüksək qiymətləndirilib.
Bundan əlavə, Aqrar Xidmətlər Agentliyi və FAO-nun birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində tələbə və müəllim heyəti üçün seminar təşkil olunub. Seminarda kənd təsərrüfatında bioloji mübarizə üsullarının tətbiqi sahəsində Türkiyə təcrübəsi geniş şəkildə təqdim edilib, bitki zərərvericilərinə qarşı müasir və ekoloji cəhətdən təhlükəsiz yanaşmalar barədə ətraflı məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.
Daha sonra Göygöl Entomofaqların İstehsalı şöbəsinə və Gəncə Aqrar Təlim Mərkəzinə səfər olunub. Səfər zamanı mövcud infrastruktur, istehsal imkanları və elmi-praktiki fəaliyyətlə tanışlıq olub, qəhvəyi mərmər bağacığına qarşı mübarizədə bioloji metodların tətbiqinə dair fikir mübadiləsi aparılıb.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır