Kənd təsərrüfatı texnikalarının yazlıq əkinlərə hazırlığı üzrə maarifləndirici görüşlər keçirilib
2026-04-06 14:42:00
Aqrar sahədə mövsümi hazırlıq işlərinin keyfiyyətli təşkili və texniki təhlükəsizlik qaydalarına əməl olunmasının təşviqi istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə kənd təsərrüfatı texnikalarının yazlıq tarla işlərinə hazırlanması və texniki təhlükəsizlik qaydaları mövzusunda fermerlərlə maarifləndirici görüşlər keçirilib.
Görüşlər Göygöl, Qax, Lənkəran, Kürdəmir, Şəki, Beyləqan, Ucar və Tərtər rayonlarında təşkil olunub. Tədbirlər zamanı fermerlərə texnikaların düzgün istismarı, mümkün nasazlıqların qarşısının alınması və əməyin mühafizəsi qaydaları barədə ətraflı məlumat verilib. Mütəxəssislər tərəfindən texnikaların mövsümə hazırlanması, vaxtında texniki baxışın aparılması və istismar zamanı təhlükəsizlik normalarına riayət olunmasının vacibliyi xüsusi vurğulanıb.
Görüşlərin əsas məqsədi fermerləri yaz mövsümündə aparılacaq tarla işlərinə düzgün hazırlamaq, istifadə olunan kənd təsərrüfatı texnikalarının saz vəziyyətdə istismarını təmin etmək, eyni zamanda texniki təhlükəsizlik qaydaları ilə bağlı bilik və bacarıqlarını artırmaqdan olub.
İnteraktiv formatda keçirilən görüşlər zamanı iştirakçıların sualları cavablandırılıb, praktiki tövsiyələr təqdim olunub və texniki təhlükəsizliklə bağlı maarifləndirici materiallar paylanılıb.
Aqrar Təlim Mərkəzi tərəfindən bölgələrdə bu kimi maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsi fermerlərin bilik və bacarıqlarının artırılmasına, kənd təsərrüfatı texnikalarından daha səmərəli və təhlükəsiz istifadənin təmin olunmasına, həmçinin aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır