Aqrar sahədə tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər davam etdirilir
2026-04-08 12:16:49
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Lənkəran rayonunda “İqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri” mövzusunda maarifləndirici təlim təşkil olunub. Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri ilə yanaşı, yerli fermerlər də iştirak ediblər.
Təlimin əsas məqsədi iqlim dəyişikliyinin kənd təsərrüfatına təsirləri barədə iştirakçıların məlumatlılığını artırmaq, bu dəyişikliyin yaratdığı riskləri izah etmək, eləcə də fermerlərin və gənclərin iqlimə uyğun müasir kənd təsərrüfatı üsullarına dair biliklərini artırmaq olub.
Təlim zamanı mütəxəssislər tərəfindən iqlim dəyişikliyinin riskləri, kənd təsərrüfatı məhsuldarlığına təsiri, su resurslarının səmərəli idarə olunması, torpaq münbitliyinin qorunması və iqlim dəyişikliklərinə uyğun aqrotexniki tədbirlər barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlim çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və maarifləndirici materiallar təqdim edilib.
Qeyd edək ki, Aqrar Təlim Mərkəzi tərəfindən bu cür maarifləndirici tədbirlərin keçirilməsi kənd təsərrüfatı sahəsində iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılmasına, fermerlərin bilik və bacarıqlarının inkişafına, eləcə də gələcək mütəxəssislərin daha hazırlıqlı yetişməsinə mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır