Fermerlər üçün maarifləndirici təlimlər davam edir
2026-04-22 16:08:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən regionlarda fermerlərin real ehtiyacları nəzərə alınaraq təşkil edilən maarifləndirici təlimlər davam etdirilir. Bu çərçivədə növbəti təlim “Torpağın aqrokimyəvi analizi və onun əhəmiyyəti” mövzusuna həsr olunub.
Sessiyalar Şəki Regional Təlim Mərkəzinin əməkdaşı, sahə üzrə mütəxəssis İlkin Salamov tərəfindən keçirilib.
Təlimin əsas məqsədi torpağın münbitliyinin düzgün qiymətləndirilməsi, bitkilərin qida maddələrinə olan tələbatının müəyyən edilməsi və gübrələmə prosesinin elmi əsaslarla aparılması barədə fermerlərə ətraflı məlumat verməkdir.
Proqram zamanı fermerlərə torpağın münbitlik səviyyəsinin düzgün qiymətləndirilməsi, bitkilərin qida maddələrinə olan tələbatının dəqiq müəyyənləşdirilməsi və gübrələmə işlərinin elmi əsaslarla həyata keçirilməsinin vacibliyi izah olunub. Eyni zamanda iştirakçılara torpaq nümunələrinin düzgün götürülməsi qaydaları, aqrokimyəvi analiz üsulları və əldə olunan nəticələrin praktik tətbiqi barədə ətraflı məlumat verilib.
Aqrar Təlim Mərkəzi tərəfindən təşkil olunan bu kimi təlimlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, onların müasir aqrar yanaşmaları mənimsəməsinə mühüm töhfə verir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır