Bərdədə “Ümumdünya Baytar Həkimi Günü”nə həsr olunmuş seminar keçirilib
2026-04-24 17:30:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Bərdə Dövlət Peşə Təhsili Mərkəzində 25 aprel – Ümumdünya Baytar Həkimi Gününə həsr olunmuş “Heyvan sağlamlığının təmin olunmasında laboratoriyanın rolu” mövzusunda seminar keçirilib.
Seminarda rayon baytarlıq idarələrinin həkimləri, Aqrar Təlim Mərkəzinin heyvandarlıq üzrə təlimçiləri, özəl baytarlar, eləcə də bu sahə üzrə peşə təhsili alan tələbələr iştirak ediblər.
Tədbirdə Türkiyədən dəvət olunmuş baytar həkim Seda Seyfeli və kənd təsərrüfatı üzrə mütəxəssis Onur Çelik baytarlıq diaqnostikası və laborator xidmətlərin əhəmiyyəti barədə təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, müasir laboratoriyalar heyvan xəstəliklərinin erkən aşkarlanmasında, onların yayılmasının qarşısının alınmasında və ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Görüş çərçivəsində baytar həkimlər arasında əməkdaşlığın gücləndirilməsi, təlim və bilik mübadiləsinin genişləndirilməsi, eləcə də bir sıra heyvan xəstəlikləri üzrə laborator testlərin tətbiqi istiqamətində görüləcək işlər diqqətə çatdırılıb.
Seminar zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda isə Bərdə Dövlət Peşə Təhsili Mərkəzinin laboratoriyasına baxış keçirilib.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır