Yonca sahələrində fitonomusa qarşı fitosanitar mübarizə tədbirləri gücləndirilir
2026-04-27 12:30:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın bütün bölgələrində yonca sahələrinin əsas zərərvericisi olan fitonomusa qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir. Növbəti belə mübarizə tədbirlərindən biri Biləsuvar rayonunda mövcud olan yonca sahələrində təşkil edilib.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan monitorinqlər zamanı rayonun bir sıra kəndlərini əhatə edən əkin sahələrində zərərvericinin yayılma səviyyəsi qiymətləndirilib. Nəticələrə əsasən, bəzi ərazilərdə iqtisadi zərər həddinin aşdığı müəyyən edildiyindən operativ şəkildə mübarizə tədbirləri görülüb.
Qeyd edək ki, fitonomus əsasən yarpaq və cavan zoğlarla qidalanaraq məhsuldarlığı əhəmiyyətli dərəcədə azaldır. Vaxtında aparılan mübarizə tədbirləri isə həm məhsul itkisini minimuma endirir, həm də növbəti vegetasiya dövründə zərərvericinin yayılmasının qarşısını alır.
Agentlik tərəfindən bölgələrdə fitosanitar tədbirlər davam etdirilir və fermerlərə mütəmadi olaraq metodiki dəstək göstərilir. Fermerlərə tövsiyə olunur ki, sahələrində zərərverici müşahidə etdikdə dərhal yerli bitki mühafizəsi mütəxəssislərinə müraciət etsinlər.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır