Lənkəran Dövlət Universitetinin tələbələri Aqrar Təlim Mərkəzində istehsalat təcrübəsinə cəlb olunub
2026-04-30 11:30:00
Lənkəran Dövlət Universitetinin Aqromühəndislik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin Lənkəran Regional Təlim Mərkəzində istehsalat təcrübəsinə cəlb ediliblər.
Təcrübənin əsas məqsədi tələbələrin ali təhsil müddətində əldə etdikləri nəzəri bilikləri real istehsalat mühitində tətbiq etmələrinə şərait yaratmaq, onların praktik bacarıqlarını daha da inkişaf etdirmək və müasir aqrar sahənin tələblərinə uyğun peşəkar kadrlar kimi formalaşmalarını təmin etməkdir.
Təcrübə müddətində tələbələr üçün kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən geniş təlim proqramı təşkil olunub. Onlar tərəvəzçilik, meyvəçilik, heyvandarlıq, aqrar sahədə tətbiq edilən innovativ texnologiyalar, müasir suvarma sistemləri, iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, həmçinin kənd təsərrüfatı texnikası və mexanizmlərinin iş prinsipi ilə bağlı həm ənənəvi, həm də onlayn formatda keçirilən təlimlərdə iştirak edirlər. Bununla yanaşı, Lənkəran RTM-in illik fəaliyyət planına uyğun olaraq tələbələrin fermer təsərrüfatlarına səfərləri də təşkil edilir. Bu səfərlər zamanı onlar təsərrüfatlarda işin təşkili ilə yaxından tanış olur, istifadə olunan texnika və avadanlıqların iş prosesini müşahidə edir və praktiki təcrübə qazanırlar.
Təcrübə proqramının sonunda tələbələrin bilik və bacarıqları Lənkəran Regional Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən qiymətləndiriləcək və onlar tədrisin növbəti mərhələsinə yönləndiriləcəklər.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır