Tərtərdə “Tərəvəz və bostan bitkilərinin əkinə hazırlanması” mövzusunda maarifləndirici görüş keçirilib
2026-05-01 10:30:00
Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Tərtər rayonunun İrəvanlı kəndində fermerlər üçün “Tərəvəz və bostan bitkilərinin əkinə hazırlanması” mövzusunda maarifləndirici görüş keçirilib.
Görüşün əsas məqsədi fermerlərin mövsümə hazırlıq səviyyəsini artırmaq, onların aqrotexniki biliklərini təkmilləşdirmək və məhsuldarlığın yüksəldilməsinə dəstək vermək olub. Tədbir zamanı iştirakçılara tərəvəz və bostan bitkilərinin düzgün əkin qaydaları, torpaq hazırlığı, toxum seçimi və səpin texnologiyaları barədə ətraflı məlumat təqdim edilib.
Proqram çərçivəsində mütəxəssislər tərəfindən fermerləri maraqlandıran suallar cavablandırılıb, praktiki tövsiyələr verilib və müasir kənd təsərrüfatı üsullarının tətbiqinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iqlim və torpaq şəraitinə uyğun bitki seçiminin məhsuldarlığa təsiri barədə də təqdimatlar aparılıb.
Aqrar Təlim Mərkəzi tərəfindən bu kimi görüşlərin təşkili kənd təsərrüfatı sahəsində bilik və bacarıqların artırılmasına, fermerlərin innovativ yanaşmalara yiyələnməsinə və ümumilikdə regionlarda aqrar inkişafın sürətləndirilməsinə xidmət edir.
Xəbərlər
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Oğuzda vətəndaşları qəbul edəcək
Torpaqların icarəsi ilə bağlı müraciət etmiş şəxslərə təlimlər keçirilib
Bölgələrdə çəyirtkələrin küpəciklərinin yaz müşahidələri davam etdirilir
Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır